Şirvan Dövlət Təbiət Qoruğu
From Wikipedia, the free encyclopedia
Şirvan Dövlət Təbiət Qoruğu — Şirvan düzənliklərinin cənub-şərq hissəsində Salyan və Neftçala rayonlarının ərazisində yerləşən qoruq.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Şirvan Dövlət Təbiət Qoruğu | |
---|---|
| |
BTMB kateqoriyası — Ia (Ciddi Təbiət Qoruğu) |
|
Sahəsi | 17700 ha |
Yaradılma tarixi | 1961 |
İdarəetmə orqanı | AETSN |
Göl | Çala gölü |
Faunası | Ceyran, qaban, canavar, tülkü, porsuq, qamışlıq pişiyi |
Yerləşməsi | |
39°36′02″ şm. e. 49°07′38″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Salyan |
Yerləşməsi | Kür-Araz ovalığı |
Yaxın şəhər | Salyan və Neftçala |
Vikianbarda əlaqəli mediafayllar |
Hələ 1961-ci ildə Kür-Araz ovalığının həmin hissəsində ceyranların sayının 77 baş olduğu bir vaxtda, Azərbaycan hökumətinin xüsusi qərarı ilə Bəndovan Dövlət Təbiət Yasaqlığı yaradılıb. 8 ildən sonra, burada ceyranların sayının 400 başa çatdığı vaxt hökumətinin 30 aprel 1969-cu il tarixli müvafiq qərarı ilə 17700 min hektar sahədə Şirvan dövlət təbiət qoruğu təşkil edilib. 1982-ci ildə qoruğun sahəsi genişləndirərək 25761 hektara çatdırılıb. 2003-cü ildə Şirvan Dövlət Təbiət Qoruğunun bazasında və ətraf ərazilərində Şirvan Milli Parkı yaradılıb. Hazırda Parkın sahəsi 6232 hektardır.
Milli parkın iqlimi mülayim – istidir. Relyefi müxtəlifdir, su bolluğudur (göl, kanal, dəniz), müxtəlif kolluqlar və bitkilər var. Torpağı bozqır, bozqır çəmən, çəmən – bataqlıq və qumluqdur. Bütün bunlar ceyranın və başqa heyvanların ömür sürməsi üçün çox əlverişlidir. 30 növə yaxın məməlilər, 22 növ sürünənlər, 4 növ suda – quruda yaşayanlar, 35 növ quş, 15 növ balıq var. Ceyranların sayı get – gedə artır. Belə ki, 1961-ci ildə 77 baş, 1969-da 400 baş, 1986-da 4800 baş olub. Hazırda isə milli parkın ərazisində 10 minə yaxın ceyran var. Qeyd edək ki, qoruq ərazisində mühafizə olunan ceyran, turac, dovdaq, bəzgək, səhra qartalı, Aralıq dənizi tısbağası və digər heyvanlar Azərbaycanın Qırmızı kitabına salınıb. Qoruqda həmçinin suda-quruda yaşayan növlərdən sarımsaq-qoxulu Suriya qurbağalarına, ağac, göl, yaşıl və s. qurbağalarına, sürünənlərdən bataqlıq, Xəzər və Aralıq dənizi tısbağalarına, zolaqlı kərtənkələyə, adi və su koramalına, gürzəyə, kərtənkələyə və s. rast gəlmək olar. Ornitoloji fauna növlərinə — şahin, baloban və s. daxildir. Məməlilərdən ceyranla bərabər qaban, canavar, tülkü, porsuq, qamışlıq pişiyi, dovşan və s. yaşayır.