Çöldonuzu
From Wikipedia, the free encyclopedia
Çöldonuzu və ya qaban (lat. Sus scrofa) — donuzlar fəsiləsindən gövşəməyən cütdırnaqlı məməli heyvan. Bədənin uzunluğu 130–175 sm, kütləsi 60–150 kq. Ayaqları qısa, nisbətən nazikdir. Qaban ölçüləri və proporsiyaları müxtəlifdir. Başı iri, pazşəkillidir. Baş bədənin 1/3 hissəsini təşkil edəcək qədər böyükdür. Başın ölçü və forması yeri qazmaq üçün əlverişlidir. Boyun əzələləri güclüdür. Gözləri xırdadır və nisbətən dərində yerləşir. Qulaqları uzun və enli, gözləri balaca. Bədəni qalın donuz tükülüdür, qışda o daha qalın və daşa uzun olur. Belində donuz tükü pipiyi əmələ gətirib, heyvan qızışanda pipik dik durur.
Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır. |
Çöldonuzu | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır.
???: Çöldonuzu |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Kürək sümükləri arasındakı hissədə donqar əmələ gətirmişdir və demək olar ki, hərəkətsiz dərəcədə sərtdir.
Rəngi açıq bozdan tutmuş qarayadək olur. Bala donuzlar zolaqlı olurlar. Qar qabanların hərəkət etməylərinə maneçilik törədir, bu vəziyyətdə onlar yırtıcılar tərəfindən asanlıqla tutula bilərlər. Qar hətta yem axtarmasını da çətinləşdirir.
Alt çənə dişləri yuxarı çənə dişlərinə nisbətən daha uzundur.
Qabanların cüssələri xarici mühit faktorlarından asılıdır. Qidanın bol olduğu ərazilərdə yaşayan qabanlar qidanın az olduğu ərazilərdə yaşayan qabanlardan daha iri olurlar.