Məməlilər
memeliler / From Wikipedia, the free encyclopedia
Məməlilər (lat. Mammalia) — heyvanlar aləminin xordalılar tipinə aid olan heyvan sinfi. Məməlilər onurğalılar tipinin ən ali sinfidir.
Məməlilər | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Obazoa Ranqsız: Opisthokonta Ranqsız: Holozoa Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Nephrozoa Tipüstü: Tip: Klad: Olfactores Yarımtip: İnfratip: Klad: Eugnathostomata Klad: Teleostomi Klad: Euteleostomi Klad: Klad: Rhipidistia Klad: Tetrapodomorpha Klad: Eotetrapodiformes Klad: Elpistostegalia Klad: Stegocephalia Sinifüstü: Klad: Reptiliomorpha Klad: Amniota Sinif: Məməlilər |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Məməlilərin sinfinə aid iki — İlk məməlilər (Prototheria) və Vəhşi heyvanlar (Theria) yarımsinifləri var.
Synapsida, məməlilər və onların nəsli kəsilmiş qohumlarını ehtiva edən qrup, Pensilvaniya yarımdövründə (~323 milyondan ~300 milyon il əvvəl) onların sürünənlər nəslindən ayrıldıqları zaman yaranmışdır. Keçid qrupu məməlilər Erkən Yura dövründə əvvəlki məməli formalarından təkamül keçirmişlər. Kladoqramma məməliləri keçid qrupu kimi qəbul edir.
Dünyada 4500-ə qədər məməli növü vardır. Məməlilərin 1229 cins, 153 fəsilə, 29 dəstəsi məlumdur. Məməlilərin balaları əsasən, müəyyən bir inkişaf dövrünü tamamlayana qədər analarının qarnında saxlanılır. Doğum zamanı balanın formalaşması məməli növünə görə dəyişir. Kor (və əsasən çılpaq) doğulan və bəzən illərlə anası tərəfindən böyüdülən məməli növləri olduğu kimi, doğulduqdan qısa müddət sonra yeriməyə və ya üzməyə başlayan məməli növləri də var, Ancaq ümumilikdə balaların müəyyən müddət ana tərəfindən baxılması məcburidir. Dişi məməlilər balalarını zəngin tərkibli süd ilə qidalandırır.
Məməlilərin bədəni isti və ya soyuq iqlimdə yaşamaq üçün fərqli xüsusiyətlərə sahibdir. Quru məməliləri qalın bir qış kürkünə , dəniz məməliləri isə dəri altında qalın bir yağ təbəqəsi və ya yağlanmış bir kürkə sahibdir. Bəzi məməlilər qış yuxusuna yataraq bu dövrdə enerjiyə qənaət etmiş olurlar. Qidanın bol olduğu dövrdə yığdığı kaloriləri, qidanın az olduğu dövrdə yuxu zamanı sərf edirlər (sincablar, ayılar və porsuqlar kimi).
Məməliər həmçinin bir çox helmintlərin aralıq və ya əsas sahibi ola bilər: (Qaraciyər sorucusu, Öküz soliteri, Exinokokk, İnsan askaridi və s.)