From Wikipedia, the free encyclopedia
Şirin Məşədi Hüseyn oğlu Axundov (1878, Salyan, Cavad qəzası – 28 oktyabr 1927, Bakı) — Azərbaycan tarzəni.
Şirin Axundov | |
---|---|
Ümumi məlumatlar | |
Doğum adı | Şirin Məşədi Hüseyn oğlu Axundov |
Ləqəbi | Səlyanlı Şirin |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | musiqiçi |
Janr | muğam |
Musiqi aləti | tar |
Vikianbarda əlaqəli mediafayllar |
Sadıq Əsəd oğlunun tar ifaçılığı məktəbinin davamçısı olmuşdur. Xalq arasında «Səlyanlı Şirin» kimi çağırılırdı. Öz dövrünün məşhur muğam ustadlarından tar ifaçılığının və muğam sənətinin sirlərinə dərindən yiyələnmişdi. O, əsasən müşayiətçi tarzən kimi tanınmışdı. Bir çox xanəndələrlə sənət yoldaşı olmuş, Cabbar Qaryağdı oğlunu, Məşədi Məmməd Fərzəliyevi, İslam Abdullayevi, Seyid Şuşinskini və başqalarını müşayiət etmişdir.
Şirin Axundov 1903-cü ildən başlayaraq, uzun illər boyu görkəmli xanəndə Ələsgər Abdullayevlə birgə çalışmışdır. Bu ansamblın məclislərdə və konsertlərdə çıxışları böyük rəğbətlə qarşılanır və muğam biliciləri tərəfindən yüksək qiymətləndirilirdi. Onların ifasından qrammofon vallarında bir neçə səsyazısı yadigar qalmışdır; 1914-cü ildə Macarıstanın «Premyer-Rekord» səsyazma şirkəti tərəfindən «Çahargah», «Mirzə Hüseyn Segahı», «Hasar», «Müxalif» muğamları vala yazılmışdır. Bundan əlavə, Şirin Axundov İslam Abdullayevin oxuduğu muğam və təsnifləri də müşayiət etmişdir. Ömrünün son illərində Şirin Axundov müəllimliklə məşğul olmuş, musiqi məktəblərində çalışmış, fəhlə klubunda tar dərnəyinə rəhbərlik etmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.