From Wikipedia, the free encyclopedia
Şiniçiro Otsuka (大塚真一郎?) və ya qələm adı ilə GASHIN – Yaponiya illüstratoru və videooyun personajı dizayneri.
Yaponiyanın Kumamoto prefekturasının eyniadlı paytaxtında anadan olmuşdur.[1]
Müəllifin ən tanınan işi "Re:Zero -Starting Life in Another World-" ranobe seriyasıdır.[1] Bu ranobe əsasında istehsal olunmuş "Re:Zero -Starting Life in Another World- EX" adlı yan hekayə ranobesinin illüstratorudur.[1] Bundan əlavə, ranobe seriyası əsasında 2016-cı ildə çəkilmiş 25 seriyalıq anime adaptasiyasının və "Re:Zero ~Starting Break Time From Zero~" adlı speşlın orijinal personaj dizayneri olmuşdur. 23 sentyabr 2017-ci ildə Kadokawa Shoten nəşriyyatı tərəfindən illüstratorun müəllifi olduğu "Re:Zero − Starting Life in Another World: Shinichirou Otsuka Art Works Re:BOX" adlı art kitabı buraxılacaq.[1]
İllüstrator həmçinin Banpresto tərəfindən istehsal olunmuş "Summon Night: Swordcraft Story" (2003) və Spike Chunsoft tərəfindən PlayStation Portable studiyası tərəfindən istehsal olunmuş "CONCEPTION" (2012, 2013) videooyunlarının personaj dizayneri olmuşdur.[1]
2016-cı ildə Newtype Anime Mükafatının "Ən yaxşı orijinal personaj dizayneri" nominasiyasında 3-cü yeri tutmuşdur.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.