From Wikipedia, the free encyclopedia
Şimali Kipr Türk Respublikası inzibati cəhətdən 6 ilçəyə bölünmüşdür. İlçələr Şimali Kiprin ən böyük inzibati vahididir. Bu ilçələr isə cəmi 12 bucağa bölünmüşdürlər.
Hər ilçə kaymakam tərəfindən idarə olunur. Kaymakam mərkəzi idarə ilə əlaqə yaradır və ilçədəki fəalliyyətlər haqqında məlumat verir. Kaymakamlıqlar Daxili İşlər və Yerli İdarələr Nazirliyinə bağlıdır. Kaymakamlar səsvermə ilə deyil, vəzifəyə gətirilmə ilə vəzifəyə təyin olunur. Kaymakamla yanaşı kaymakam köməkçisi də olur. Bununla yanaşı idarə sistemini əmələ gətirən digər quruluşlar İlçə Koordinasiya Qurumu və İlçə Təhlükəsizlik Qurumudur.
İlçələr millət vəkili seçkilərində seçki bölgəsi statusundadırlar və millət vəkili ilçəyə görə seçilir.
Güzelyurt və İskələ 1998-ci ildə yaradılmışdır. Bundan əvvəl Güzelyurt ilçəsi Lefkoşa, İskələ ilçəsi isə Qazimağusa ilçəsinə bağlı idi. 2016-cı ildə Lefke ilçəsi yaradılmışdır.
Şimali Kipr Türk Respublikasının ilçələri bu xəritədə göstərilmişdir.
İlçə | Sahə (km²) |
Əhali (2021) (de fakto) |
Əhali sıxlığı (əhali/km²) |
Bucaqlar | Kaymakam | Şəkil | ŞKTR-də yeri | Qeyd |
---|---|---|---|---|---|---|---|---|
Qazimağusa | 997 | 77.330 | 77,56 | Akdoğan Qazimağusa (mərkəz) Geçitkale |
Dürdane Acı | [1][2] | ||
Girnə | 690 | 81.802 | 118,55 | Girnə (mərkəz) Çamlıbel |
Mustafa Erişmen | [1][3] | ||
Güzelyurt | 219 | 25.500 | 116,44 | Güzelyurt (mərkəz) | Tevfik Direnç | [1][4] | ||
İskələ | 774 | 32.126 | 41,51 | Mehmetçik İskələ (Mərkəz) Yeni Ərənköy |
Kemal Yılmaz | [1][5] | ||
Lefke | 162 | 16.071 | 99,2 | Lefke (mərkəz) | Halil Çorba | |||
Lefkoşa | 513 | 158.671 | 309,30 | Değirmanlık Lefkoşa (mərkəz) |
İbrahim Basri | [1][6] |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.