Şanxay (Azərbaycan)
Nizami rayonunda qəsəbə From Wikipedia, the free encyclopedia
Nizami rayonunda qəsəbə From Wikipedia, the free encyclopedia
Şanxay — Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən qəsəbə. Şəhərin şərqində yerləşən Keşlə qəsəbəsi bu adla tanınır. Qəsəbə sökülməkdədir.
Şanxay | |
---|---|
40°24′29″ şm. e. 49°54′33″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Şanxay qəsəbəsi kəndlərdən 1950-ci illərin sonlarında, 1960-cı illərin əvvəllərində gələn şəxslər tərəfindən salınmışdır. Onlar SSRİ dövründə burada yerləşən beton zavodunun işçiləri olmuşdurlar. Onların arxasınca qohumları gəlmiş, daha sonra isə uşaqları doğulmuşdur. İlk evlər dəmiryolu xəttindən uzaqda tikilsə də, sonrakı evlər yaxınlıqda tikilməyə başlamışdır.[1]
Qəsəbə adının tarixçəsi qəsəbədə yaşamış Hacı Salman adlı şəxslə bağlıdır. O, bir dəfə Çinin Şanxay şəhərinə səfər edib. Qəsəbəyə geri qayıdanda burada yaşayan sakinlər ondan səfər etdiyi yerlərin necə olduğunu soruşublar. Hacı Salman isə onlara "Ora məhəlləmizdən heç də fərqlənmir. Orada da qatarlar evlərin yanından keçir, burada da" cavabını verib. Bu səbəbdən sakinlər yaşadıqları məhəlləyə "Şanxay" adını veriblər.[2]
Qəsəbədə məskunlaşmağın ikinci dalğası isə 1990-cı illərin əvvəlində baş vermişdir. Onlar Qarabağ münaqişəsi qaçqınları və işləmək üçün kənddən şəhərə gələnlər idi. 1993-cü ildən sonra qəsəbədə yeni tikinti işləri qadağan edilmişdir. Şanxaya kanalzasiya xəttini sakinlər müstəqil şəkildə 2002-ci ildə əvvəl çəkmişdirlər. 2017-ci ildə qəsəbənin sökülməsi prosesi başlamışdır.[1]
Qəsəbə sıx şəkildə yerləşən birmərtəbəli gecəqondulardan ibarətdir. Qəsəbənin ortasında iki dəmiryolu xətti keçir və iki dar küçə yerləşir. Ən yaxın evlər dəmiryolun bir-iki addımlığında tikilib. Bu səbəbdən ərazidə tez-tez bədbəxt hadisələr baş verir, bir çox uşaq dəmiryolunda həlak olmuşdur. Əhalisi yoxsuldur.[1] Qəsəbədə 2840 qeyri-qanuni tikili var. Bunun 538 qeyri-yaşayış, 2302-i isə yaşayış evidir.[3] Küçələr dar olduğu üçün bura avtomobillər daxil ola bilmir. Qəsəbənin digər problemi isə zibillikdir.[4]
Alman rejissor Vayt Helmer tərəfindən çəkilmiş "Absurdistan" (2008) və "Bra" (2018) filmlərinin çəkilişləri Şanxayda baş tutmuşdur. O, internetdə axtarış aparkən Bakıdakı Şanxay qəsəbəsindəki qonşuluq münasibətlərindən bəhs edən məqalə ilə qarşılamış və burada filmlər çəkməyə qərar vermişdir.[5]
Leyli Qafarova tərəfindən 2019-cu ildə çəkilmiş "Bir zamanlar Şanxayda" sənədli filmi Vayt Helmerin Şanxay adlanan ərazisində çəkdiyi filmlərinin kameraraxası prosesi haqdadır. Film DokuBaku Beynəlxalq Sənədli Film Festivalında nümayiş etdirilmişdir. Filmin adı Çin və Honkonq istehsalı olan, rejissor Von Çin-Ponun eyniadlı bədii filminə göndərmədir.[5]
2016-cı ilin martında rejissor Teymur Hacıyev tərəfindən çəkilmiş "Şanxay, Bakı" filmi qəsəbədə yaşayan Samir adlı şəxsin həyatından bəhs edir. Film Tampere, Milan, Sarayevo, Ueska, Uppsala kinofestivalları daxil olmaqla, 18 beynəlxalq festivalda nümayiş etdirilmişdir.[6]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.