![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/47/Shantar1z_rus.png/640px-Shantar1z_rus.png&w=640&q=50)
Şantar adaları
From Wikipedia, the free encyclopedia
Şantar adaları — Oxot dənizinın suları ilə əhatələnən arxipelaq, ətrafında Ud körfəzi, Turuq körfəzi və Akademii körfəzləri vardır. Materikdən Şantar dənizi və Lindholm boğazı ilə atrılır. İnzibati cəhətdən Rusiyanın Xabarovsk diyarı Tuquro-Çumikan rayonu ərazisinə daxildir.
Şantar adaları | |
---|---|
rus. Шантарские острова | |
![]() | |
Ümumi məlumatlar | |
Ümumi sahəsi | 2500 km² |
Hündür nöqtəsi | 720 m |
Əhalisi | 0 nəfər (2014-cü il) |
Yerləşməsi | |
55°00′ şm. e. 137°30′ ş. u. | |
Ölkə |
![]() |
Akvatoriya | |
![]() |
Adalar ilk dəfə polkovnik Yakov Aqeeviç Elçinin rəhbərlik etdiyi 1718—1719 illər ekspedisiyası zamanı kəşf edilmişdir.
Arxipelaqa 15 ada daxildir: Böyük Şantar, Feklistov adası, Kiçik Şantar, Beliçi adası, Medveji adası, Ptiçi adası, Saxarnaya Qalava, Kusov adası, Feklistov adası, Siviçi Daşları, Suxotina adası, Severnıy Srednıy Yujnıy adaları və Diomid Daşları. Adaların ümumi sahəsi 2,5 min. km² təşkil edir
Adaların relyefi dağlıqdır. Maksimal hündürlüyü 720 metrdir, digər məlumatlarda bu hündürlük 701 m[1]-dir. Ən hündür zirvə Veselaya dağı Böyük Şantar adasında yerləşir.