şair From Wikipedia, the free encyclopedia
Şair Əbdüləzim (1873, Ağkilsə, Yeni Bəyazid qəzası – 1943, Ağkilsə, Basarkeçər rayonu) — şair, dülgər, rəncbər, Aşıq Ələsgərin ortancıl oğlu.[1]
Şair Əbdüləzim | |
---|---|
Şair Əbdüləzim Aşıq Ələsgər oğlu | |
Doğum tarixi | 1873 |
Doğum yeri | |
Vəfat tarixi | 1943 |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | şair |
Şair Əbdüləzim Vikimənbədə |
1873-cü ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Əsas məşğuliyyəti dülgərlik olan Əbdüləzim həm də bacarıqlı bir rəncbər kimi camaat içərisində seçilirdi.[2]
Kiçik yaşlarından Aşıq Ələsgərin evindəki saz-söz məclislərinin şahidi olan Əbdüləzimdə aşıq şerlərinə maraq tez oyanmış, həmin təsirlə də şerlər qoşmağa başlamışdır.
Əbdüləzim təhsil görməmişdir, lakin onun şerləri savadlı bir şairin yaradıcılıq məhsulu kimi nəzərə çarpır.
1934-cü ildə Əbdüləzim Kəlbəcər rayonunun Yanşaq kəndinə köçmüş və 1937-ci ilə kimi orada yaşamışdır.
Şair Əbdüləzim 1943-cü ildə Göyçə mahalının Ağkilsə kəndində vəfat etmiş, Aşıq Ələsgərin qəbrinin yanında dəfn edilmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.