Şahsevən (Kürdəmir)
Kürdəmirdə kənd From Wikipedia, the free encyclopedia
Kürdəmirdə kənd From Wikipedia, the free encyclopedia
Şahsevən — Azərbaycan Respublikasının Kürdəmir rayonunun Topalhəsənli kənd inzibati ərazi dairəsində kənd.
Şahsevən | |
---|---|
40°22′22″ şm. e. 48°12′07″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Şahsevən adı I Şah Ismayıl Səfəvinin hakimiyyəti dönəmində yaranmışdır. Bu ad səfəviyyə təriqətinin müridləri arasında siyasi məfhum kimi işlənmişdir. I Şah Abbas qızılbaşların rolunu məhdudlaşdırmaq və onların nüfuzunu qırmaq məqsədilə Şahsevən adlı özəl qoşun növü yaratmışdır. Sonralar Azərbaycanın müxtəlif bölgələrində əsası qoyulmuş Şahsevən kəndləri həmin tarixi hadisələrdən qaynaqlanır.
Kürdəmir rayonunun ən qədim məzarlıqlarından biri Şahsevən kəndində yerləşir. Burada XIX əsrdə yaşamış nəqşbəndiyyə təriqətinin nümayəndəsi Mövlana Hacı Mahmud babanın (ölümü hicri 1281, miladi 1865) türbəsi vardır. Mövlana Hacı Mahmud baba İmam Şamilin müəllimi Siracəddin İsmayıl Şirvaninin müridi olmuş, həmçinin məşhur təriqət şairi Seyid Həmzə Nigari ilə dostluq etmişdir.
Sovet hakimiyyəti illərində Şahsevən kəndi Topalhəsənli və Qaraqocalı kəndləri ilə birlikdə Moskva kolxozunun tərkibinə daxil olmuşdur. Kənddə əvvəllər fəaliyyət göstərən məscid sovet dövründə dörd illik ibtidai məktəbə çevrilmişdir. Sonralar Topalhəsənli kənd orta məktəbi yaradıldıqdan sonra ibtidai məktəbin fəaliyyəti dayandırılmışdır.
Şahsevən kəndinin qədim mədəniyyət abidəsi kənddəki məzarlıqla bağlıdır. Buradakı qədim Şıx qəbirləri keçmiş tarixə şahidlik edən daş kitabələrdir. Məzarlıqda Mövlana Hacı Mahmud babanın türbəsi vardır.
Şahsevən kəndi rayon mərkəzindən 7 km., Bakı şəhərindən 194 km. məsafədədir. Kürdəmir rayonunun Topalhəsənli, Qaraqocalı və Şıxımlı kəndləri ilə qonşudur. Kənd düzənlik ərazidə yerləşir. Torpaqlarının bir hissəsi şoranlıqdır. Yayı sərt isti, quraqlıq, qışı mülayim keçir. Əvvəllər Girdman çayının bir qolu kəndin ərazisindən keçmişdir. İndi isə Şirvan kanalı vasitəsilə Kür çayının suyundan istifadə olunur.
2009-cu ilin siyahıya alınmasına əsasən kəndə 2123 nəfər əhali yaşayır.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.