From Wikipedia, the free encyclopedia
Şadman Bahlul oğlu Hüseyn (4 dekabr 1945, Taytan, Vedi rayonu – 5 avqust 2003, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin I çağırışı və II çağırışı deputatı.[1]
Şadman Hüseyn | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 4 dekabr 1945 |
Doğum yeri | |
Vəfat tarixi | 5 avqust 2003 (58 yaşında) |
Vəfat yeri | |
Partiya |
|
1945-ci il dekabrın 4-də Ermənistan Respublikası Vedi rayonunun Taytan kəndində anadan olmuşdur. Saratov Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirmişdir.
Rus və ingilis dillərini bilirdi.
Evli olmuşdur, 3 övladı var.
1991-ci ildə Azərbaycan Xalq Cəbhəsi daxilində fikir ayrılıqları yaşanmış və bir qrup şəxs Etibar Məmmədov ətrafında birləşmişdir. Etibar Məmmədov və onu dəstəkləyən bir qrup şəxs yeni siyasi partiya — Azərbaycan Milli İstiqlal Partiyasının Təşkilat Komitəsini yaratmışdır. Bu barədə 15 oktyabr 1991-ci ildə Azərbaycan Televiziyası ekranlarından Təşkilat Komitəsinin Bəyənnaması elan olunmuşdur. Növbəti gün isə Etibar Məmmədovun çap etdirdiyi "Millət" qəzetinin sınaq nəşrində məlumat dərc olunmuşdur. Təşkilat Komitəsinə Etibar Məmmədov, Şadman Hüseyn, Nazim İmanov, Vilayət Quliyev, Eldar Salayev, şair Məmməd Araz kimi şəxslər də olmuşdur.[2]
Azərbaycan Milli İstiqlal Partiyası Təşkilat Komitəsi 3 iyul 1992-ci il tarixinə qurultay çağırmışdır. 3 iyul 1992-ci ildə Bakıda, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binasında partiyanın Təsis Qurultayı keçirilmişdir.[2] Qurultayın 2-ci günündə qurultay iştirakçılarının təklifi ilə sədrliyə Etibar Məmmədov namizəd olmuşdur. Qurultay iştirakçıları arasından Şadman Hüseyn və Nazim İmanovun namizədliyi də təklif olunmuşdur. Lakin Nazim İmanov çıxış edərək özünün və Şadman Hüseynin namizədliyini geri götürdüyünü və Etibar Məmmədovun namizədliyini dəstəklədiklərini elan etmişdir.[3] Tək namizəd olaraq seçkiyə qatılan Etibar Məmmədov sədr müavini olaraq Nazim İmanovun adını açıqlamışdır. Qurultay iştirakçıları Şadman Hüseynin də sədr müavinliyə namizədliyini istəsə də, o Gəncədə yaşadığı üçün və Milli Məclisin üzvü olduğu üçün namizəd olmamışdır.[4]
Azərbaycan Milli İstiqlal Partiyası 1995-ci il parlament seçkilərində həm çoxmandatlı, həm təkmandatlı seçki dairələri üzrə seçkilərə qatılmışdır. Partiyanın proporsional seçki üzrə vahid namizəd siyahısında 1-ci sırada sədr Etibar Məmmədov, ikinci sırada sədr müavini Nazim İmanov, 3-cü sırada Şadman Hüseyn, 6-cı sırada Firudin Cəlilovun adı yazılmışdı.[5] Proporsional seçkiləri qatılmış 8 partiyadan biri olan[6] Azərbaycan Milli İstiqlal Partiyası bu seçkilərdə 331865 səs (9.3%) səs toplayaraq proporsional seçkiləri Yeni Azərbaycan Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyasının ardınca 3-cü sırada tamamlamışdır. Beləliklə, partiya 25 çoxmandatlı seçki dairəsi üzrə 3 mandat qazanmışdır, seçilən deputatlar siyahıya liderlik edən 3 şəxs — Etibar Məmmədov, Nazim İmanov və Şadman Hüseyn olmuşdur.[7]
Azərbaycan Milli İstiqlal Partiyası 2000-ci il parlament seçkilərində həm çoxmandatlı, həm təkmandatlı seçki dairələri üzrə seçkilərə qatılmışdır. Partiyanın proporsional seçki üzrə vahid namizəd siyahısında 1-ci sırada sədr Etibar Məmmədov, ikinci sırada sədr müavini Vaqif Musayev, üçüncü sırada Nazim İmanov, 4-cü sırada Şadman Hüseynin adı yer almışdır. Vaqif Musayevin adının ikinci sırada, qurucu üzvlər Nazim İmanov və Şadman Hüseyndən əvvəl olması müzakirələrə səbəb olsa da, siyahı dəyişdirilməmişdir. Həmin seçkilərdə bir öncəki seçkilərdə tətbiq olunan 8%-lik seçki həddi, 6%-ə endirilmiş olsa da, Azərbaycan Milli İstiqlal Partiyası proporsional seçki üzrə 112,727 (3.89%) səs alaraq Yeni Azərbaycan Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Azərbaycan Kommunist Partiyası və Müsavat Partiyasının ardından 6-cı sırada tamamlamış və seçki həddini keçə bilməmişdir.[8][9]
Bu hadisələrdən sonra partiyanın qurucusu Şadman Hüseyn və bərabərində bir qrup şəxs partiya sıralarından istefa vermişdir. Şadman Hüseyn bitərəf siyasətçi kimi siyasi həyatına davam etmiş, 5 mart 2003-cü il tarixli əlavə parlament seçkilərində majoritar üsulla 91 saylı Xanlar-Daşkəsən seçki dairəsi üzrə 17,801 (72.79%) səs toplayaraq deputat seçilmişdir.[10] Daha 2003-cü il prezident seçkilərində "Vətən" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən prezidentliyə namizədliyi irəli sürülsə də,[11] o, 5 avqust 2003-cü ildə ürəktutma səbəbi ilə ölmüşdür. Bu hadisədən sonra onun ailə üzvləri mətbuat konfransı keçirərək Şadman Hüseynin yaxın zamanlarda namizədliyini Yeni Azərbaycan Partiyası namizədi İlham Əliyevin xeyrinə çəkməyi planlaşdırdığını bildirmiş və bu səbəblə Şadman Hüseynin seçicilərini prezidentliyə namizəd İlham Əliyevə səs verməyə dəvət etmişdir.[12]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.