From Wikipedia, the free encyclopedia
İvan Aleksandroviç Serov (rus. Ивáн Алексáндрович Серóв, 12 (25) avqust 1905 və ya 1905[1], Voloqda – 1 iyul 1990[2][1], Moskva) — sovet təhlükəsizlik və kəşfiyyat xidmətinin görkəmli lideri, Sovet İttifaqı Qəhrəmanı, ordu generalı, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (1954-1958) və Baş Kəşfiyyat İdarəsinin (1958-1963) komandanı. O, Lavrenti Beriyanın rəhbərliyi altında fəaliyyət göstərən NKVD-də komissar müavini vəzifəsində xidmət etmiş, İosif Stalinin ölümündən sonra baş verən siyasi mübarizələr zamanı əsas rol oynamışdır. Serov Mərkəzi və Şərqi Avropada gizli polis qüvvələrinin yaradılmasında və 1958-ci ildə baş verən Macar inqilabının yatırılmasında mühüm rol oynamışdır.[3]
İvan Serov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Voloqda quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (84 yaşında) |
Vəfat yeri | Moskva, SSRİ |
Vətəndaşlığı | |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | rus |
Qoşun növü | Qızıl Ordu |
Rütbəsi | Ordu generalı |
Komandanlıq edib | |
Döyüşlər | İkinci dünya müharibəsi |
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Serov həm siyasi kəşfiyyat idarəsi (KQB), həm də hərbi kəşfiyyat idarəsinə (QRU) rəhbərlik etmiş şəxs olaraq adını Sovet və rus tarixinə yazmışdır.
Serov 13 avqust 1905-ci ildə Rusiya imperiyasının Voloqda quberniyasında yerləşən Sokolski rayonunda etnik rus ailəsində anadan olmuşdur.[4] Rusiyada əsas dəyişikliklər də onun uşaqlıq illərinə təsadüf etmiş və 1917-ci ilin noyabrında Bolşevik inqilabı ilə bu dəyişikliklər öz kuliminasiya nöqtəsinə çatmışdır. 1923-cü ildə 18 yaşı olarkən Qırmızı Ordu sıralarına daxil olmuş, 1926-cı ildə Sovet İttifaqı Kommunist Partiyasına üzv olmuş, 1928-ci ildə isə Leninqradda yerləşən Artilleriya Zabitləri Məktəbini uğurla başa vurmuşdur.[5] Onun hərbi karyerasında əsas addımı Frunze Hərbi Akademiyasınından məzun olması hesab edilir.[6] Serov 1939-cu ildə NKVD-yə daxil olmuşdur.
Serov 1939-cu ildə NKVD-nin Ukrayna Komissarlığında fəaliyyətə başlamış və İkinci dünya müharibəsi zamanı Sovet gizli polisinin tərkibində çox vacib rol oynamış, 1941-ci ildə çeçenlərin və Baltik dövlətlərində yaşayan yerli əhalinin deportasiya olunmasında iştirak etmişdir.
1939-cu ildən 1941-ci ilə qədər NKVD-nin Ukrayna Komissarlığında işləyən Serov, İngiltərənin "Time" jurnalı tərəfindən Ukraynada yüz minlərlə insanın ölümünün əsas səbəbkarı kimi təqdim olunmuşdur.[7] Serov Ukraynada özünü "Ukraynanın cəlladı" adlandıran Nikita Xruşşovla birlikdə işləmişdir.[8]
O, həmçinin Baltik dövlətləri və Polşadan əhalinin deportasiya olunmasının koordinasiya məsələlərinə cavabdeh olmuş, Katın qırğını zamanı isə bu qırğında iştirak etmiş yüksək rütbəli şəxslər sırasında olmuşdur.[9]
1941-ci ildə bütün NKVD üzrə komissar müavini vəzifəsinə təyin olunmuşdur. O, bu vəzifədə olarkən Beriyanın rəhbərliyi altında Qafqaz əhalisinin deportasiya olunması və krım tatarlarının Krım yarımadasından qovulmasında da iştirak etmişdir.
Serov 1956-cı ilə qədər Polşa İctimai Təhlükəsizlik Nazirliyində əsas Sovet məsləhətçisi kimi fəaliyyət göstərmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.