From Wikipedia, the free encyclopedia
İv Şoven - İv Şoven (fransızca Yves Chauvin, 10 oktyabr 1930 il, Menen Belçika - 28 yanvar 2015 il, Tur ) [5]— fransız kimyaçısı, kimya üzrə 2005-ci ildə "Üzvi sintezdə metatezis üsulunu təkmilləşdirdiklərinə görə" Nobel mükafatı laureatı alıb.
Fransa Elmlər Akademiyasının 1996-cı ildən müxbir üzvü , 2005-ci ildən isə üzvü olmuşdur [6].
İv Şoven 1930-cu il 10 oktyabrda Belçikanın Menen şəhərində anadan olub, valideynləri buradan 1939-cu ildə Fransanın Tur şəhərinə köçüblər. O, 1954-cü ildə Lion Ali Fizika, Kimya və Elektronika Məktəbini bitirmişdir. 2005-ci ildə İ.Şoven amerikalı alimlər Robert Qrabbs və Riçard Şrok ilə birlikdə “Üzvi sintezdə metatezis metodunun inkişafına verdiyi töhfəyə görə” Nobel mükafatına layiq görülmeşdü. 1970-ci illərdə İ.Şovin tərəfindən Olefin metatezisinə dair tədqiqatlar aparılmışdır.
İv Şoven ilkin bəyanata görə mükafatdan [7] imtina barədə məlumat verməsinə baxmayaraq, yenə də mükafatı qəbul etdi.
1990-cı ildə ikifazalı kataliz üçün ilk dəfə olaraq ion mayelərindən İv Şoven istifadə edərək tədqiqatlar aparmışdır [8].
İ.Şoven Fransa Neft İnstitutunun fəxri elmi direktoru olub. 2005-ci ildə "Şərəf ordeni” ilə təltif edilmişdi.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.