From Wikipedia, the free encyclopedia
İstiqlal Küçəsi, (Osmanlıca: (1927'dən əvvəl) Cadde-i Kebir, Böyük Küçə, Fransızca: Grande Rue de Péra) — İstanbulun ən qədim səmtlərindən biri olan Bəyoğluda Tünel ilə Taksim Meydanı arasında uzanan və 19-cu əsrin sonlarından bəri Türkiyənin ən məşhur küçələrindən biri olma səviyyəsini qoruyan küçədir. 1.400 metr uzunluğundakı küçənin[1] orta nöqtəsi Qalatasaray Liseyinin yanından keçən Yeniçarşı küçəsi ilə kəsişdiyi ve "50-ci il" heykəlinin yerləşdiyi yer qəbul edilir. Paralelinde uzanan Tarlabaşı Bulvarı ilə bərabər Bəyoğlu bölgəsinin ana hissəsində yerləşir. Ortalama olaraq 74 metr yüksəklikdə yerləşən İstiqlal küçəsi idari olaraq 9 müxtəlif məhəllədən ibarətdir.
İstiqlal küçəsi və ətrafı keçmişdən gələn müsbət və mənfi xüsusiyyətlərini qoruyub saxlamaqla yanaşı, istisnasız olaraq Türkiyənin ən kosmopolit bölgəsi olma xüsusiyyətini də özündə daşıyır. İstanbula gələn xarici və yerli ziyarətçilərin əvəzedilməz məkanı olan İstiqlal küçəsi səhərə yaxın bir neçə saat istisna olmaqla, demək olar ki, bütün gün insanlarla dolu olur. Bu gün küçə, dünyaca məşhur brendlərdən tutmuş ucuz paltar satan keçidlərə qədər alış-veriş baxımından küçə geyim mağazası kompleksinə bənzəyir. Geyim, alt paltarı, aksesuar, bijuteriya, ayaqqabı-çanta mağazaları küçədəki alış-veriş sahələrinin təxminən yarısını təşkil edir. Qalanları, demək olar ki, banklar və hər ağız dadına və büdcəyə uyğun yemək (fastfud) köşklərindən tutmuş qlobal restoran şəbəkələrinə, balıq restoranları, muhallebi, desert və şirniyyat dükanları kimi ənənəvi ləzzətlərə qədər restoranlardan ibarətdir. Gecə gəzintiləri üçün meyxanalardan tutmuş xalq mahnıları evlərinə, ailəvi məkanlarından rok barlara, striptiz klublarından gey barlara qədər geniş çeşidli məkanlara sahibdir. Küçədə teatr, kino, kitab mağazaları və sənət qalereyaları kimi bir çox mədəniyyət mərkəzləri də var.
Eyni zamanda illərlə bu cəmiyyətdə öz hüquqlarını müdafiə etmək, səsini ucaltmaq, gözə dəymək istəyən bir çox insan bu küçədə toplaşıb, hüquqlarını müdafiə ediblər. 15 may 2011-ci il tarixində Türkiyədə on minlərlə insan 22 avqust 2011-ci ildə qüvvəyə minəcək qanuna etiraz etmək üçün bu küçəyə toplaşdı.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.