From Wikipedia, the free encyclopedia
İstehzalı proseslər nəzəriyyəsi (ing. Ironic process theory) və ya ağ ayı effekti (ing. white bear effect) – düşüncə və istəyi azaltmaq cəhdi zamanı qadağa olunmuş düşüncənin daha güclə şüurumuza gəlməsi. Effekt müxtəlif psixoloji problemlərə şərait yaradır. İlk dəfə 1987-ci ildə Daniel Veqner tərəfindən verilmişdir.[1]
Veqnerə görə istehzalı effekt insanlar gərgin və sıxılmış vəziyyətdə olduqda özünü daha güclü göstərir.[1]
Daniel Veqner
Harvard Universitetinin psixologiya üzrə professor Daniel Veqner tələbələri yığmış və onları 2 qrupa ayırmışdır. Düşüncə predmeti kimi o ağ ayını seçdi. I qrup tələbələrə ağ ayı haqqında düşünmək tələb olunan zaman II qrup tələbələrə bu haqqda düşünməmək tapşırığı verildi. Hər dəfə eksperiment iştirakçıları ağ ayı haqqda düşündüyü zaman zəngli düyməyə basmalı idilər. Eksperimentin nəticəsində aydın oldu ki, ağ ayı tələbələrin beynində dəqiqədə 1 dəfədən çox canlanır. Məlum oldu ki, qadağa ancaq qadağa olunan predmet haqqına düşünməyə daha çox vadar edir. Düşünmə prosesinə nəzarət etmək, əsas da stress zamanı qadağa olunmuş düşüncəni daha da obsessiv edir. I qrupun iştirakçılarında bu hadisə müşahidə olunmadı.[1]
Mən yüz şey haqqda düşünməyə çalışıram – ağ ayıdan başqa hər şey. Lakin yenidən ağ ayıya qayıdıram. Məsələn: Bu qəhvəyi divarı götürək. Hər dəfə ağ ayı haqqında düşünməmək istəyəndə bu divar haqqında düşünürəm.[1] bir tələbənin ifadəsi |
Veqner öz nəticələrini "Journal of Personality and Social Psychology" jurnalında dərc etdirmiş və "istehzalı proseslər" anlayışını daxil etmişdir.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.