İsmayıl Ömər Cəlil
From Wikipedia, the free encyclopedia
İsmayıl Ömər Cəlil (ərəb. إسماعيل عمر جليه; fr. Ismaïl Omar Guelleh; 27 noyabr 1947[1][2] və ya 27 noyabr 1946, Dıre-Daua[d], Efiopiya imperiyası) — Cibutinin hazırkı Prezidenti.
İsmayıl Ömər Cəlil | |
---|---|
Cibuti Respublikasının Prezidenti | |
8 may 1999 – h.h | |
Əvvəlki | Həsən Julid Aptidon |
Şəxsi məlumatlar | |
Doğum tarixi | (76 yaş) |
Doğum yeri | Dıre-Daua, Efiopiya İmperiyası (indiki Efiopiya) |
Fəaliyyəti | siyasətçi |
Həyat yoldaşı | Kadra Mahmud Həid |
Dini | sünni islam |
Vikianbarda əlaqəli mediafayllar |
Cəlil ilk dəfə 1977-ci ildən Cibutini idarə edən əmisi Həsən Julid Aptidonun varisi olaraq 1999-cu ildə Prezident seçildi. Cəlil 2005, 2011, 2016 və 2021-ci illərdə yenidən seçkiləri qazandı. Seçki nəticələri müxalifət tərəfindən boykot olundu. Çoxları onu diktator kimi xarakterizə edir və onun hakimiyyəti ABŞ, insan haqları qrupları və hökumətlər tərəfindən tənqid edilib.[3]
Hindistan vətəndaşlarını Yəməndən təhlükəsiz şəkildə çıxarılmasındakı roluna görə 25 yanvar 2019-cu ildə Hindistanın ikinci ən yüksək vətəndaş mükafatı olan "Padma vibhuşan" ilə təltif edildi.[4]