![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/4e/03-03-2020_Ismail_Haniyeh_%2528cropped%2529.jpg/640px-03-03-2020_Ismail_Haniyeh_%2528cropped%2529.jpg&w=640&q=50)
İsmayıl Həniyyə
Fələstinin Həmas təşkilatının siyasi bürosunun 2017-ci ildən bəri rəhbəri / From Wikipedia, the free encyclopedia
İsmayıl Həniyyə[12][13] və ya Həniyə (ərəb. إسماعيل هنية; 29 yanvar 1962[1], 1962[2], 29 yanvar 1963[3], 8 may 1963[4] və ya 1963[5], Əl-Şati[d], Qəzzə – 31 iyul 2024[6][7], Tehran[8]) — Fələstinin Həmas təşkilatının siyasi bürosunun 2017-ci ildən bəri rəhbəri. O, bu vəzifədə 1996-cı ildən təşkilata sədrlik edən İsmayıl Məşəli əvəz edib.
Bu məqalədə davam edən aktual hadisələrlə bağlı məlumat var. Məqalənin tərkibi və adı hadisələrin gedişinə görə tez-tez dəyişə bilər. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
İsmayıl Həniyyə | |
---|---|
ərəb. إسماعيل عبد السلام أحمد هنية | |
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 29 yanvar 1962(1962-01-29)[1], 1962[2], 29 yanvar 1963(1963-01-29)[3], 8 may 1963(1963-05-08)[4] və ya 1963[5] |
Doğum yeri | |
Vəfat tarixi | 31 iyul 2024(2024-07-31)[6][7] |
Vəfat yeri | |
Vəfat səbəbi | hava zərbəsi[9] |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
Uşağı | 13[11] |
Dini | islam |
![]() |
İsmayıl Həniyyə 1962-ci ildə Qəzzə zolağında, Şati qaçqın düşərgəsində anadan olub. 1987-ci ilə Qəzzə İslam Universitetinin ərəb dili ədəbiyyatı fakültəsini bitirib. O, 2006–2016-cı illərdə Qəzzadakı hökumətə başçılıq edib.[14]
2024-cü ildə İranda keçirilən prezident seçkilərində qələbə çalmış Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün ölkəyə səfər etdiyi vaxt Tehranda qaldığı iqamətgahda sui-qəsd nəticəsində öldürülmüşdür.[15][16]