Ayzek Azimov (ing. Isaac Asimov; ilk adı İsaak Yudoviç Ozimov, rus. Исаак Юдович Озимов; 2 yanvar 1920, Petroviçi, Klimoviç qəzası, Qomel quberniyası, RSFSR — 6 aprel 1992, Nyu-York, ABŞ) — amerikalı yazıçı-fantast. 500-ə yaxın bədii və elmi-populyar əsərin müəllifi. Elmin kütləviləşməsi üçün çalışmış, ixtisasca biokimyaçı olmuşdur.
Ayzek Azimov | |
---|---|
ing. Isaac Asimov | |
Doğum adı | Исаáк Ази́мов |
Təxəllüsü | Paul French[1] |
Doğum tarixi | |
Doğum yeri | Petroviçi, Klimoviç qəzası, Qomel quberniyası, RSFSR (indiki Şumyaç rayonu, Smolensk vilayəti, Rusiya) |
Vəfat tarixi | (72 yaşında) |
Vəfat yeri | Nyu-York, ABŞ |
Vətəndaşlığı | ABŞ |
Təhsili |
|
Fəaliyyəti | biokimyaçı, romançı, nasir, avtobioqraf[d], fantastika yazıçısı[d], yazıçı-dokumentalist[d], universitet müəllimi[d], jurnalist, ssenarist, yazıçı, detektiv yazıçısı[d] |
Fəaliyyət illəri | 1934–1992 |
Əsərlərinin dili | ingilis dili |
Janr | Elmi fantastika |
Üzvlüyü | |
asimovonline.com | |
Vikianbarda əlaqəli mediafayllar |
"Kimyanın qısa tarixi" əsərinin müəllifidir.
Fantastik əsər müəlliflərinə verilən Hyuqo və Nebyula mükafatlarının laureatıdır. Onun əsərlərindəki bəzi yeni söz və ifadələr bir çox dillərə daxil olmuşdur. Məsələn, robotics (robotexnika, robotika), positronic (pozitron), psychohistory (psixotarix) və s. İngilisdilli ədəbiyyatda Artur Klark və Robert Haynlaynla birlikdə yazıçı-fantastların "Böyük üçlüyünə" daxil edilir. Məşhur amerikan fantastı, ixtisasca biokimyaçı olan Ayzek Azimov 1964-cü ildə İngiltərədə çap edilmiş "Adding a Dimension" ("Daha bir ölçü") kitabında yazırdı: "Elmin tarixi vacib həqiqətləri dərk etməyə kömək edir". Azimov yazırdı: "Əgər elm ilahi kəşf deyilsə, insan ağlının məhsuludursa, onun sonrakı inkişafı da labüddür. Əgər elmi qanun əbədi həqiqət sayılmırsa deməli, bunun üçün tələbat yaranarsa dəyişilə bilər. Elmi həqiqət özündə sonrakı təkmilləşməni formalaşdırır". Azimov öz kitabının ön sözünü bu sözlərlə bitirmişdir və onların altından hər bir alim imza ata bilər: "Fərziyyələr və yanlışlıqlar, açıqlama və həqiqətlə gizlənpaç oyunları yüz il bundan öncə aşkar edilə bilərdi, lakin şişirdilmiş avtoritetlər və tacsız "peyğəmbərlərin" gizli fikirləri buna maneə törədərək mübarizəni daha riskli, nəticəni isə qeyri-müəyyən edirdi. Elm tarixində çətinliklərin nəticəsi olaraq indiki elmi uduşlar bizim üçün daha qiymətli olur. Daha səmimi olaq. Bəzən hamı belə fikirləşir. Bəs bunlar nəyə lazımdır? Olmaz ki, biz artıq digərləri tərəfindən tapılmış həqiqətlərdən hazır şəkildə istifadə edək? Əslində bu belədir, lakin başqalarının artıq sərf etdiyi zamana biz qənaət etməklə özümüz üçün vaxt qazanmırıq. Nə mənası var ki, səhər tezdən durub, bütün günü sahildə balıq tutaq, əvəzində yuxudan duran kimi dükandan balıq sifariş etmək daha yaxşı olar. Öz etüdlərimi yazanda mən bu haqda fikirləşirdim və bununla mən ümidsizliyə qapılıram ki, elmin keçmişi onun gələcəyini zənginləşdirmir".
Əsərləri
Mən, Robot
"Təməlçilər",
"Kosmik axınlar"
Robotlar və İmperiya
Günəşin Tanrıları
Dəmir Mağaralar
İstinadlar
Xarici keçidlər
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.