İrəvan qalası
From Wikipedia, the free encyclopedia
İrəvan qalası (erm. Երևանի բերդը Yerevani berdē; rus. Эриванская крепость E'rivanskaya krepost' ; fars. قلعه ایروان, Ghaleh-ye Iravân) — 1504-cü ildə Səfəvi hökmdarı I Şah İsmayılın tapşırığı ilə, vəziri Rəvanqulu xan tərəfindən Zəngiçayın sahilində, indiki İrəvan şəhərinin yerində inşa edilmiş qala. Səfəvilər dövlətinin sərhəddlərini xarici basqınlardan qorumalı olan qala onu tikdirənin adı ilə Rəvan qalası kimi tanınmış, sonralar "Rəvan" sözü dialektdə "İrəvan" kimi işlədilmişdir.[1]
İrəvan qalası | |
---|---|
40°10′23″ şm. e. 44°30′10″ ş. u. | |
Ölkə | Ermənistan |
Şəhər | İrəvan |
Yerləşir | İrəvan |
Aidiyyatı |
Səfəvilər imperiyası İrəvan xanlığı |
Sifarişçi | Səfəvi hökmdarı Şah İsmayıl Səfəvi |
Tikilmə tarixi | 1504 |
Üslubu | Səfəvi memarlığı |
Material |
daş (özül və aşağı hissə) çiy kərpic (yuxarı hissə) |
Vəziyyəti | 1860 - 1930-cu illərdə ermənilər tərəfindən məhv edilib. |
Vikianbarda əlaqəli mediafayllar |
Qala Rəvanqulu xanın şərəfinə Rəvan, daha sonra isə İrəvan adlandırılıb. Qalada 8 məscid, 800 ev olub, burada isə yalnız azərbaycanlılar yaşayıb.[2]
Sonralar Osmanlı-Səfəvi müharibəsi zamanı dağıdılan qala divarlarını 1582–1583-cü illərdə Osmanlı sərkərdəsi Fərhad paşa daha da möhkəmləndirir.[3]