From Wikipedia, the free encyclopedia
İrəvan Azərbaycan Pedaqoji Texnikumu[1] və ya İrəvan Türk Pedaqoji Texnikumu[2] — Ermənistan SSR-də fəaliyyət göstərmiş orta ixtisas məktəbi; Ermənistandakı azərbaycanlı məktəbləri üçün müəllimlər hazırlayan internat tipli tədris müəssisəsi[2].
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Texnikum 1924-cü ildən fəaliyyət göstərmişdir.
1930–1935-ci illərdə texnikumun 102 nəfər tələbə və müəllimləri "bəy", "xan", "mülkədar", "qolçomaq", "kulak" damğası ilə repressiyaya məruz qalmışdı.[2]
1936-cı ildən İrəvan Azərbaycan Pedaqoji Məktəbi adlanan həmin təhsil ocağı Azərbaycan elminə və maarifinə görkəmli xadimlər bəxş etmişdir.[2]
Bu təhsil ocağına müxtəlif vaxtlarda Mehdi Kazımov, Bəhlul Yusifov, Həmid Məmmədzadə kimi tanınmış maarif xadimləri rəhbərlik etmişlər.[2].
1928–1930-cu illərdə İrəvanda Pedaqoji Texnikumunda müəllim işləmiş akademik Yusif Məmmədəliyev bir sıra ünlü ziyahlara dərs demişdir.
Məzunları arasından onlarla akademik, elmlər doktorları, yüzlərlə maarif fədailəri yetişmişdir[2]: Əsəd Məmmədov, Əjdər Kazımov, Qadir Məmmədov, Məmmədəli Məhərrəmov, Əli Həsənov, Tağı Məhərrəmov, İsmayıl İsmayılov, Qulam Namazov və b.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.