İrezumi
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
İrezumi (入れ墨?, azərb. mürəkkəb əlavə etmək) – ənənəvi Yaponiya döymələri.
Yaponiyada irezuminin tarixi paleolit dövrünə qədər uzanır. Eramızın 600-cü ilindən müasir dövrə qədər irezumi mənfi şəkildə şərh edilmişdir. Bu zaman kəsiyində döymə cinayətkarlar üçün cəza idi, çox vaxt alınlarına kanci ilə "it" yazılırdı.[1]
İrezumi Yaponiyada öz intibah dövrünü Edo dövründə yaşamışdır.[1]
Meyci dövründə Yaponiya hökuməti Qərb dünyasında müsbət imic buraxmaq üçün irezumini qadağan etmişdir. Lakin bir çox insan döymələrə maraq göstərməyə davam etmiş və döymə sənətkarları öz işlərini gizlincə davam etdirmişdirlər. Yakuzanın döymə ilə olan əlaqəsi cəmiyyətdə döyməyə olan münasibəti daha da sərtləşdirdi.[1]
Müasir Yaponiyada döymə vurdurmaq mənfi qarşılanır. Döymə vuran şəxslər onsen və setolara lüt halda girə bilməzlər. Lakin bu qadağanın 2020-ci ildə keçiriləcək Tokio Yay Olimpiya Oyunlarında qaldırılması planlaşdırılır.[1]
Yaponiyada irezumiyə mənfi yanaşılmasının səbəbi çirklilik, aşağı səviyyəlilik, günahkarlılıq simvolizə etməsidir. 2012-ci ildə Osaka bələdiyyəsi meri Toru Haşimoto şirkətdən döyməli şəxslərin çıxarılmasını istəmiş, istəyi böyük dəstək görmüşdür.[1]
Müasir dövrdə Yaponiyada döymə vurdurmaq asan deyil, döymə vurdurmaq üçün çox az yer var və bahalıdır. Müasir dövmələr iynə tabancası ilə vurulsa da, antik irezumi sənətini davam etdirən çox az sənətkar var. Qərb tərzindəki dövmə sənətçiləri müştəri nə istəyirsə onu edir, amma antik irezumi sənətçiləri onunla razılaşmayan müştərini qova da bilər. Ənənəvi döyməni vurmaq üçün edilən həftəlik ziyarətlər bəzən illərlə çəkə bilir.[1]
İrezumidə ən çox müraciət olunan motivlər bunlardır:
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.