İqqdrasil
From Wikipedia, the free encyclopedia
İqqdrasil (Qədim skandinav dilində Yggdrasill) — Qədim Skandinaviya mifologiyasında 9 dünyanı bir yerdə tutan nəhəng mifoloji ağac. İqqdrasil 9 dünyanı əhatə edir və ilan Yormunqandr tərəfindən qorunur. İqqdrasil bütün mədəniyyətlərə məlum kosmik ox yaxud universal dünya ağacının bir çox variantından biridir. O, bir çox məxluqun evidir. Bunlardan ən çox bilinənlər; ağacın köklərində yuva salan ilan yaxud əjdaha "Nidhogg", ağacın başında yaşayan xoruz Qullinkambi (qızıl pipik), onlar arasında xəbər aparan dələ Ratatosk, dörd küləyi təmsil edən erkək marallar — Dáinn, Dvalinn, Duneyrr və Duraþrór və adsız qartaldır. Skandinav əfsanəsinə görə tanrı Odin Run əlifbasını əldə etmək üçün doqquz gecə özünü ağacdan başı-aşağı asmışdır. Ağacın köklərinin altından bulaq, Mimir, qaynayır. Odin müdriklik qazanmaq üçün Mimirə bir gözünü qurban vermişdir. 13-cü əsrdə bir araya toplanmış poetik Edda və 13-cü əsrdə Snorri Sturluson tərəfindən qələmə alınmış, nəsr şəklində olan Eddaya istinadən İqqdrasil nəhəng göyrüş ağacıdır. İqqdrasilin budaqları cənnətə qədər uzanır. Raqnarök günü gəldiyi zaman alov nəhəngi Surtr tərəfindən yandırılacaq.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/0/02/AM_738_4to_Yggdrasill.png/640px-AM_738_4to_Yggdrasill.png)