Raqnarök
From Wikipedia, the free encyclopedia
Qədim Skandinaviya mifologiyasında Raqnarök ("tanrıların taleyi") dünyanın sonunda baş verən müharibə, qiyamət günü. Odin və alov nəhənglərinin başçılq etdiyi tanrılar yaxud Aslar və Yötnar və Lokinin başçılıq etdiyi digər nəhənglər arasında müharibə olacaq. Bu mübarizədə nəinki yalnız tanrılar, nəhənglər və bədheybətlər öləcək, həmçinin kainatda demək olar ki, hər şey məhv olacaq.
Əfsanəyə görə hər yerdə döyüş və ölüm olacaq. Skoll Günəşi və Hati isə Ayı udacaq. Qullinkambi əjdahaları çağıracaq. Yormunqandr və Fenrir azad olacaq və Yormunqandr Tor tərəfindən öldürüləcək, lakin Toru zəhərləyib onun ölümünə səbəb olacaq. Vidar Fenriri öldürəcək. Qarm və Tir bir-birlərini öldürəcək. Fenrir Odini öldürəcək. Heimdall və Loki döyüşəcək və bir-birlərini öldürəcək. Sonra dünya alovlar içində yanacaq. Bəzi tanrılar sağ qalacaq, digərləri isə yenidən doğulacaq. Sonunda nifrət və kədər yox olacaq, sağ qalan lif və liftasirlər xoşbəxt bir şəkildə yaşayacaqlar.
Döyüşlərin nəticəsi:
- Surtr və Freyr: Freyr silahsız idi və o Surtr tərəfindən öldürülür.
- Fenrir və Odin: Fenrir Odini yeyir.
- Tor və Yormunqandr : Hər ikisi bir-birini öldürür.
- Tir və Qarm: Hər ikisi bir-birini öldürür.
- Loki və Heimdall: Hər ikisi bir-birini ölümcül yaralayır, lakin Loki dünyanın məhv olmasını görməyənədək ölmür.
Raqnarökdə ölən digər tanrılar: Braqi, Ve, Hel, Brunhilde, valkürlər və Meili, Torun qardaşı. Nyord döyüşmür, lakin Surtr Vanaheimri (doqquz dünyadan biri) yandırdığı zaman o da ölür. Surtr da yanğında ölür.
Raqnarökdə çox az tanrı xilas ola bilir. Xilas olanlar: Aeqir, Vidar, Vali, Hoenir, Vili, Maqni, Modi, Hermóðr, Forseti və Ull. İlahələrin əksəriyyəti xilas ola bilir. Friqq, Freya, Sif, Trud, İdun, Saqa, Eir, Qefyun, Fulla, Syofn, Lofn, Var, Vor, Sin və Hlin. Lakin Snotra, Qna və Nanna ölür.