From Wikipedia, the free encyclopedia
İnşaatçılar — Bakı metrosunun ikinci yolunda, "Elmlər Akademiyası" və "20 Yanvar" stansiyaları arasında yerləşən stansiyası. Stansiyaya daxil olan qatarlarda "Dağlar qızı Reyhan" musiqisindən fraqment səslənir.
İnşaatçılar metrostansiyası | ||||
---|---|---|---|---|
2-ci xətt | ||||
Bakı metrosu | ||||
| ||||
Rayon | Yasamal | |||
Açılış tarixi | 31 dekabr 1985 | |||
İnşaat tipi | Yeraltı | |||
Platformaların sayı | 1 | |||
Çıxdığı küçələr | Abbas Mirzə Şərifzadə küçəsi | |||
Nəqliyyat | 9, 14, 17, 18, 39, 77, 96, 165, 205 nömrəli avtobuslar | |||
İş rejimi | 06:00—00:00 | |||
Qonşu stansiyalar | 20 Yanvar, Elmlər Akademiyası | |||
|
||||
Vikianbarda əlaqəli mediafayllar |
|
Tunelin tikintisi zamanı, "Elmlər Akademiyası" — "İnşaatçılar" stansiyaları arasında gözlənilməz və inanılmaz gücdə su axını başlamışdır. Bu, Bakı metrosunda, tikinti zamanı baş vermiş ən böyük və yeganə hadisə idi. Tikinti işləri, qəza ərazisində su axınının maye azotla dondurulması üsulu ilə davam etdirilmişdir. Stansiyanın adı bu tikintidə iştirak etmiş metro işçilərinin şücaəti şərəfinə olaraq, "İnşaatçılar" adlandırılmışdır. Stansiyaya daxil olan qatarlarda "Dağlar qızı Reyhan" mahnısından fraqment səslənir.
2015-ci ildə stansiyanın hər iki keçidi əsaslı və yeni dizaynda təmir edilmişdir.
18 yanvar 2016-cı ildə stansiyanın 2-ci vestibülü ("20 yanvar" stansiyası tərəf) müvəqqəti bağlanmışdır. Bu vestibüldəki quraşdırılmış 3 ədəd eskalator istismar müddətini başa vurduğundan dəyişdirlir.
2016-cı il iyunun 1-i saat 06:00-dan etibarən metronun "İnşaatçılar" stansiyasının təmirə bağlanmış ikinci vestibülü yenidən sərnişinlərin istifadəsinə verilmişdir. 30 il əvvəl quraşdırılmış "ET-5" tipli üç eskalotorun əvəzində Almaniyanın "Thyssen Krupp" şirkətinin "Tugela FT 945" tipli iki eskalatoru quraşdırılıb. Stansiya platformasına enən sərnişinlər isə yeni inşa olunmuş daş pilləkəndən istifadə edəcəklər. Eskalatorlar 0,65 m/saniyə sürətlə hərəkət etməklə, ən müasir idarəetmə sistemləri ilə təchiz olunublar.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.