From Wikipedia, the free encyclopedia
İnsest (lat. incestus — «cinayətkar, təqsirli») — yaxın qan qohumları (valideynlər və uşaqlar, qardaşlar və bacılar) arasında cinsi əlaqə.[1][2] Bu fərdlərin bir-biri ilə evlənməsi qanun və ya adət-ənənə ilə qadağan edilmişdir. İnsest cəmiyyətlərdə hüquqi problemdən çox emosional məsələ olduğuna görə bundan bəhs edərkən ümumi olaraq qadağa əvəzinə tabu termininə üstünlük verilir. İnsest antropologiyada universal olaraq qəbul edilir, baxmayaraq ki, bu, müxtəlif cəmiyyətlərdə fərqli şəkildə tətbiq edilir və onun pozulmasına dair məlumat cəmiyyətdən cəmiyyətə geniş şəkildə fərqlənən reaksiyalara səbəb olur.[3]
Ümumiyyətlə, iki insan arasında genetik əlaqə nə qədər yaxındırsa, onlar arasında cinsi əlaqəni qadağan edən və ya çəkindirən tabu bir o qədər güclü və daha yüksək yüklüdür. Belə ki, ata ilə qız, ana ilə oğul və ya qardaş ilə bacı arasında cinsi əlaqə demək olar ki, hər yerdə qadağandır. Əmi ilə qardaşı/bacısıqızı və ya xala ilə qardaşı/bacısıoğlu arasında cinsi əlaqə də ümumiyyətlə tabu hesab edilir. Bəzi cəmiyyətlərdə xalaoğlu, xalaqızı, əmioğlu, əmiqızı, dayıoğlu, dayıqızı, bibioğlu və bibiqızı arasında münasibətlər də qadağandır.[3]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.