From Wikipedia, the free encyclopedia
İnsan övladı (fr. Le fils de l'homme) — Belçika sürrealist rəssamı Rene Maqritin 1946-cı ildə çəkdiyi rəsm əsəri.
İnsan övladı | ||
---|---|---|
fr. Le fils de l'homme | ||
| ||
Rəssam | Rene Maqrit | |
Tarixi | 1946 | |
Texnikası | kətan üzərində yağlı boya | |
Ölçüləri | 116 sm × 89 sm | |
Materialı | yağlı boya[d] | |
Saxlanıldığı yer | Şəxsi kolleksiya |
Rene əsəri avtoportreti kimi çəkmişdir. Rəsmdə kotelok və palto geyinmiş kişi təsvir olunmuşdur. O, alçaq divarın qabağında dayanır, arxasında dəniz və buludlu səma görünür. Kişinin qabağında levistasiya vəziyyətində olan yaşıl alma dayanır və alma onun üzünün böyük hissəsini gizlədir, lakin almanın kənarlarından çətin də olsa, adamın gözlərini görmək mümkündür. Başqa hiss edilməyən detal şəkildə təsvir olunmuş şəxsin sol qolunun dirsəkdən geriyə çevrilmiş vəziyyətdə təsvir olunmasıdır. Şəkil haqqında Maqrit deyir:
Ən azından o, insanın sifətini qismən yaxşı gizlədir. Bu, daim baş verən bir şeydir. Gördüyümüz hər şey bir digərini gizlədir. Biz həmişə istəyirik ki, nəyin nə tərəfindən gizlədildiyini görək. Bu bir maraqdır ki, bizdən nə gizlədilibdir və həmin şey nədir.[1] |
"İnsan övladı" əsəri bədiilik baxımından Maqritin digər əsəri olan "Fasadlarda Böyük müharibə" əsərinə bənzəyir. Hər iki əsərdə ayaq üstə dayanan adam və dəniz təsvir olunmuşdur, amma ikinci əsərdə əlində çətir tutan qadın təsvir olunmuşdu və üzü çiçəklə örtülmüşdü. Başqa bənzər əsər "Koteloklu adam" əsəridir, amma bu əsərdə alma əvəzinə təsvir olunmuş şəxsin sifətini quş gizlədir.
Qeri Braunbekin 2005-ci ildə yazdığı "Mühafizəçilər" romanında əsas mənfi personajlar səliqəli geyimli və koteloklu təsvir olunmuş və bu əsərdə personaja bənzədilmişdir. Kitabın açılış səhnəsində bu əlaqə açıq aydın şəkildə büruzə verir.
Lev Qrossmanın 2009-cu ildə yazdığı "Sehirbazlar" romanında əsas mənfi personaj qara kostyum geyinir və üzü qismən yarpaqlı budaq ilə örtülür.
Cimmi Liaonun şəkilli kitabı olan "Ulduzlu ulduzlu gecə" kitabında müsbət personaj olan qızın arxasında bu rəsm əsəri ilə təsvir olunmuşdur. Qız rəsmi valideynlərinin uzunmüddətli mübahisəsinə etiraz etmək üçün istifadə edir.[2]
1970-ci ildə Norman Rokvel "İnsan övladı" rəsm əsərinə olan əyləncəli hörmətini nümayiş etdirmişdir. O, 13" x 17.5" ölçülərində "Mr. Alma" adlı yağlı tablo çəkmiş, almanın insan sifəti ilə gizlədildiyini təsvir etmişdir.[3]
Yes musiqi qrupunun "Astral Travelle" albomu üçün hazırladığı musiqili videoda video ərzində rəsm əsərindəki şəxs kimi insanın kameradan uzaqda gəzdiyini görmək mümkündür.
Rəsm əsəri Alexandro Xodorovskinin "Müqəddəs dağ" filmində Yupiterin evinin divarında görünmüşdür.[4]
"Simpsonlar" cizgi serialının 5-ci mövsümü olan "Treehouse of Horror IV"-da rəsm əsərinin parodiyasına yer verilmişdir. Belə ki, mövsümün əvvəlində personaj Bartın önündə uçan almanın təsvir olunmuş rəsm əsərini görmək mümkündür.[5]
1992-ci ilin "Oyuncaqlar" filminin kostyumları, posteri və dizaynı rəsm əsərinin stilini əks etdirir.
Rəsm əsəri Maykl Cekson və Canet Ceksonun "Scream/Childhood" mahnısının videosunda qısa müddətdə görünmüşdür.[6]
1999-cu ildə çəkilmiş "Tomas Kraun fırıldağı" filmində rəsm əsəri bir neçə dəfə görünmüşdür (xüsusilə axırıncı oğurluq səhnəsində).[7]
2006-cı ilin "Uydurmadan kənar adam" filmində əsərə istinad edilmişdir.
2007-ci ildə "Mr. Maqoriumun möcüzəli ticarət mərkəzi" filmində rəsm əsəri divardan tamamlanmamış vəziyyətdə asılmışdır. Filmin sonunda Mister Moqariumun əsərin qalan hissəsini tamamladığı göstərilmişdir.
Əsər "Bronson" (2008) filminin sonunda da göstərilmişdir. Britaniyalı girov götürdüyü şəxsi bu əsərə döndərir.
"Meyvə bağında yaqutlar: Biznesində gizlənmiş qiymətli daşları necə tapmalı" (2009) kitabının üz qabığında rəsm əsərinin versiyasını (alma əvəzinə nar) görmək olar.
"Yayın 500 günü" filmində Sammerin yaşadığı binada kotelok və yaşıl alma görünmüşdür.
Şəklin parodiyası "Terraria" video oyununun yeraltı kabinlərində tapıla bilər.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.