From Wikipedia, the free encyclopedia
İnsan və heyvan fiziologiyası (yunanca fizio- təbiət, loqos- elm deməkdir) — öyrənilməsi və izahı üçün biologiya, fizika, kimya, riyaziyyat və kibernetika elmlərinin metod və anlayışlarından istifadə edərək heyvan və insanın funksional aktivliyi haqqında elmdir.
İnsan və heyvan fiziologiyası heyvan orqanizminin ətraf mühitlə olan qarşılıqlı təsir qanunauyğunluqlarını, müxtəlif yaşayış şəraitlərində onların davranışını, həmçinin müxtəlif böyümə və inkişaf mərhələlərində, təkamül və fərdi inkişafın gedişində fizioloji proseslərin yaranması və inkişafını öyrənir.
Fizioloji proseslərin gedişatının qanunauyğunluqlarını bilmək müxtəlif şəraitlərdə həyat fəaliyyətinin dəyişikliklərini öncədən görməyə imkan verir və istənilən istiqamətdə fizioloji proseslərin gedişatına müdaxilə etməyə yol açır. Odur ki, fiziologiya tibbin, baytarlığın və psixologiyanın nəzəri əsasıdır.
Tibbdə insan fiziologiyası anatomiya və histologiya ilə birgə bazisdir, həkim buna əsaslanaraq xəstə haqqında olan dağınıq fikir və faktları bir yerə toplayır, onun vəziyyətinin və iş qabiliyyətinin səviyyəsini qiymətləndirir. Funksional pozğunluqların dərəcəsinə görə, yəni vacib fizioloji funksiyaların normadan kənarlaşması ölçüsü və xarakterinə görə ─ orqanizmin fərdi, etnik, cinsi və yaş xüsusiyyətlərini, həmçinin yaşayış mühitinin ekoloji və sosial şəraitlərini nəzərə alaraq bu kənarlanmaları aradan götürməyə və orqanizmi normal vəziyyətə qaytarmağa cəhd edir.
Orqanizmin pozulmuş funksiyalarını korreksiya edərkən nəinki yaşama mühitinin təbiət-iqlim-istehsalat şəraitinin təsir xüsusiyyətlərinə, həm də antropogen çirklənmənin xarakterinə ─ qida məhsullarında, suda və atmosferdə olan zərərli yüksək toksiki maddələrin kəmiyyət və keyfiyyətinə diqqət etmək lazımdır.
Heyvan orqanizminin həyat fəaliyyətinin qanunauyğunluqları haqqında ilkin təsəvvürlər həkimlərin müşahıdələri ilə bağlıdır, praktika isə təkcə insanın anatomiyası biliklərini deyil, hətta orqanizmin funksiyalarının əsas prinsiplərini anlamağı tələb edir. Fizioloji qanunları aşkarlamağa ilk cəhd edən Hippokrat olmuşdur. O, xəstəliklərin yaranmasında Allahların müdaxiləsi ilə bağlı mövcud olan mövhumatı inkar edərək, təbii səbəblər nəticəsində olduğunu öyrədirdi. Hippokrat təlimi ondan ibarətdir ki, xəstəlik Allahların cəzası deyil, təbii faktorların, qidalanmanın, adətlərin, insan həyatının xarakterinin pozulmasının nəticəsidir. Hippokratın məcmuəsində xəstəliyin əmələ gəlməsində heç bir mistik xarakterli qeydlər yoxdur. Eyni zamanda Hippokrat öz təlimində bir çox hallarda düzgün olmayan istinadlara, səhv anatomik və fizioloji nəticələrə, həyat şirələri haqqında təlimlərə də əsaslanıb.[1][2][3].
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.