İbn Hövqəl
From Wikipedia, the free encyclopedia
İbn Hövqəl[3] (ərəb. ابن حوقل), Əbülqasım ibn Hövqəl Nəsibi[4] yaxud Əbu-l-Qasim ibn Havqəl ən-Nisibi[5] (943, Nüseybin[1][2] – 988) — X əsr ərəb coğrafiyaşünas-səyyahı. Əslən bağdadlı idi. 30 il müxtəlif ölkələrə səyahət edib. 951-ci ildə İstəxrinin "Kitab məsalik əl məmalik" ("Məmləkətlərin yolları") əsərini təzədən işləmiş və zənginləşdirmişdir. 977-ci ildə yazdığı "Kitab əl-məsalik və-l-məmalik" ("Yollar və məmləkətlər haqqında kitab") əsəri bəzən "Kitab surət əl-ard" ("Yerin surəti kitabı") adlanır. Kitab xilafət ilə yanaşı, həm də ətrafındakı ölkələrin tarixinə və toponimikasına dair məlumatlarla zəngindir. O cümlədən burada Azərbaycanın təbiəti, karvan yolları, Xəzər dənizi, onun adaları haqqında da məlumatlar var.