Əbu Məhəmməd Əbd əl–Məlik ibn Hişam ibn Əyyub əl–Himyari (ərəb. أبو محمد عبدالمالك ابن هشام ابن أيوب الحميري) əl–Maafiri və ya qısaca: İbn Hişam (ərəb. ابن هشام) — VIII–IX əsr ərəb tarixçi, dilçi və ənsab alimi. VIII əsr islam alimi İbn İshaqın Məhəmmədin bioqrafiyası haqqındakı "Sirət Məhəmməd Rəsulillah" (ərəb. سيرة محمد رسول الله) əsərinin şərhçisi olaraq tanınır.
Cəld faktlar Doğum tarixi, Doğum yeri ...
Bağla
Alimin doğum tarixi bəlli deyil, əs–Süheyliyə görə İbn Hişamın əsas yaşadığı yer Misir olsa da onun ailəsi əslən Bəsrə şəhərindən olmuşdur.[3] İbn Xəllikan müəllifi olduğu "Vafəyət əl-Ayən və-ənba əbna əz-zəmən" əsərində qeyd edir ki, əndəluslu (Malaqada anadan olmuş) islam alimi Əbül Qasım əs–Süheyliyə (d. 1114–1115 — ö. 22 noyabr 1185)[4] görə İbn Hişam hicri 213–cü (miladi 828–829–cu) ildə, Misir tarixçisi Əbu Səid Əbd ər–Rəhman İbn Yunusa (ö. 14 sentyabr 958–ci il)[5] görə isə hicri tarixlə 218–ci ilin rəbiülaxır ayının 13–ündə (miladi 833–cü ilin may ayının 8–ində) qədim Qahirədə[q 1] vəfat etmişdir.[3]
- əs-Sirətun-nəbəviyyə (ərəb. السيرة النبوية). Bu əsər 2012-ci ildə Şahin Yəhyayev tərəfindən Azərbaycan dilinə tərcümə edilmişdir[6]. İbn Hişamın sirəsi adı ilə tanınan bu kitab, mədinəli Məhəmməd ibn İshaqın qələmə aldığı tarix kitabıdır ki, sonralar Əbdül-Məlik ibn Hişam onun üzərində işləmiş, müəyyən ixtisarlar və əlavələr etmişdir. İbn Hişamın özü də kitabın müqəddiməsində qeyd edir ki, o, sadəcə peyğəmbər (s) və onun əcdadları ilə əlaqəsi olmayan bir sıra mətləbləri ixtisar etmiş, qalan hissələri isə olduğu kimi saxlamışdır. Həmçinin, bir çox məqamlarda İbn İshaqın rəvayət etdiyi mətləblərdən sonra özü də şərhlər qeyd etmiş, müəyyən bir fikri isbat və ya rədd etməyə çalışmışdır[7].
- Kitâbü't-Tîcân fî mülûki Himyer və ya digər adı ilə et-Ticân li-marifeti mülüki'z-zaman fî ahbâri Kahtân (ərəb. كتاب التيجان لمعرفة ملوك الزمان في أخبار قحطان)
Qahirə şəhəri 969–cu ildə Fustat şəhərinin şimalında müstəqil şəhər kimi salınmışdı. İbn Hişamın yaşadığı Abbasilər xilafəti zamanı Misirin paytaxtı (750–868–ci illərdə) əl-Askar şəhəri idi. Hazırda bu şəhər Qəhirə şəhəri tərfindən udulmuşdur və qədim Qahirənin bir hissəsini təşkil edir.
İbn Hisham, the author of the sirat, pp. 128 // Ibn Khallikan's biographical dictionary. Translated from the arabic by Baron Mac Guckin de Slane, member of the Council Asiatic Society of Paris, corresponding member of the Academy of Sciences of Turin, etc. Volume II. Paris: printed for the Oriental Translation Fund of Great Britain and Ireland, MDCCCXLIII (1843), 697 pages.
As-Suhaili, pp. 100 // Ibn Khallikan's biographical dictionary. Translated from the arabic by Baron Mac Guckin de Slane, member of the Council Asiatic Society of Paris, corresponding member of the Academy of Sciences of Turin, etc. Volume II. Paris: printed for the Oriental Translation Fund of Great Britain and Ireland, MDCCCXLIII (1843), 697 pages.
Ibn Yunus the historian, pp. 94 // Ibn Khallikan's biographical dictionary. Translated from the arabic by Baron Mac Guckin de Slane, member of the Council Asiatic Society of Paris, corresponding member of the Academy of Sciences of Turin, etc. Volume II. Paris: printed for the Oriental Translation Fund of Great Britain and Ireland, MDCCCXLIII (1843), 697 pages.
İbn Hişam. Əs-sirətun-nəbəviyyə. Tərcüməçi:Şahin Yəhyayev. Redaktor: Mətanət Hüseynova. I və II cild. Bakı. Mirasnəşr MMC 2012.612 s. (ISBN 978-9952-460-38-4)
İbn Hişam. Əs-sirətun-nəbəviyyə. Tərcüməçi: Şahin Yəhyayev. Redaktor: Mətanət Hüseynova. I və II cild. Bakı. Mirasnəşr MMC 2012.612 s. s.3. (ISBN 978-9952-460-38-4)
- Mustafa Fayda. İbn Hişâm // Türkiye Diyanet Vakfı İslâm Ansiklopedisi. Cilt XX. Ankara: Türkiye Diyanet Vakfı Yayınevi, 1999, s. 71-73.