From Wikipedia, the free encyclopedia
Ürək (köçürülməsi) transplantasiyası — xəstənin (resipiyentin) ürəyini donor ürəyi ilə əvəz etmək üçün cərrahi əməliyyat. Digər əməliyyatların mümkün olmadığı və ya son dərəcə riskli olduğu və ürək transplantasiyası olmadan gözlənilən ömür uzunluğunun aşağı olduğu ağır ürək xəstəlikləri üçün göstərilir. Bu vəziyyətdə xəstənin öz ürəyi çıxarıla (ortotopik transplantasiya) və ya saxlanıla bilər (heterotopik transplantasiya).
Dünyada hər il təxminən 3500 ürək transplantasiyası əməliyyatı həyata keçirilir.[1] Əməliyyatdan sonrakı sağ qalma müddəti orta hesabla 15 ildir.[2]
Ürək transplantasiyası ürək-damar xəstəliklərinin müalicəsi hesab edilmir, daha doğrusu, xəstənin həyat keyfiyyətini yaxşılaşdırmağa və uzatmağa yönəlmiş müalicədir.[3]
Amerikalı tibb tədqiqatçısı Saymon Fleksner ürək transplantasiyasının mümkünlüyünü ilk qeyd edənlərdən biridir. O, 1907-ci ildə “Patologiyanın tendensiyaları” adlı məqalədə, bir gün xəstə insan orqanlarını, o cümlədən damar, mədə, böyrək və ürəyi cərrahi yolla əvəz etmək mümkün olacağını bildirmişdi.[4]
Missisipi Universiteti Tibb Mərkəzindən Ceyms D. Hardi insan donor ürəyi olmadığı üçün 24 yanvar 1964-cü ildə ölmək üzrə olan Boyd Raşın sinəsinə şimpanzenin ürəyini köçürmüşdür. Bu ürək Raşın sinəsində 60-90 dəqiqə döyünür (mənbələr fərqlidir) və sonra Raş özünə gəlmədən ölür.[5][6][7]
Hardi bir il əvvəl dünyada ilk insandan insana ağciyər transplantasiyasını həyata keçirən cərrahdır.[8][9]
İlk uğurlu insan ürəyi transplantasiyası 3 dekabr 1967-ci ildə Kristian Barnard (Cənubi Afrika) tərəfindən həyata keçirilmışdir.[10][11] Əməliyyat Cənubi Afrikanın Keyptaun şəhərindəki Qrut Şur xəstəxanasında aparılıb. Avtomobil qəzasında dünyasını dəyişən 25 yaşlı Denis Darvalın ürəyi sağalmaz ürək xəstəliyindən əziyyət çəkən 55 yaşlı Lui Vaşkanskiyə köçürülmüşdür. Əməliyyatın qüsursuz aparılmasına baxmayaraq, Vaşkanski cəmi 18 gün yaşayıb və ikitərəfli pnevmoniyadan dünyasını dəyişib.[12]
2022-ci il yanvarın 7-də 57 yaşlı Devid Bennetta Merilend Universiteti Tibb Mərkəzində geni redaktə edilmiş donuz ürəyi transplantasiyası edilən ilk insan oldu.[13][14] Bennett iki ay sonra, 8 mart 2022-ci ildə Merilend Universiteti Tibb Mərkəzində vəfat etdi.[15][16]
Transplantasiya edilmiş ürəklə yaşayan ömür rekordu Tony Huqhesmana məxsusdur - o, bu əməliyyatdan sonra 30 ildən çox yaşayıb və dəri xərçəngindən dünyasını dəyişib.[17]
Hal-hazırda ürək transplantasiyası üçün bir çox variantlar hazırlanmışdır, lakin onlardan yalnız ikisi geniş istifadə olunur: biatrial (iki atrial) və daha müasir bikaval texnikaları.[18]
Güman edilir ki, bikaval texnikasından istifadə ürək transplantasiyasından sonra xəstədə ritm və keçiricilik pozutuları riskini azalda bilər.[19]
Ürək transplantasiyasına ehtiyacı olan, lakin uyğun olmayan xəstələr süni ürək[1] və ya sol mədəciyin köməkçi cihazı (Left Ventricular Assist Device - LVAD) üçün namizəd ola bilərlər.
Potensial ağırlaşmalara daxildir:[22]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.