Özbəkistan Silahlı Qüvvələri
From Wikipedia, the free encyclopedia
Özbəkistan Respublikasının Silahlı Qüvvələri (özb. O‘zbekiston Qurolli Kuchlari, Ўзбекистон Қуролли Кучлари) — Özbəkistan Respublikasının hərbi qüvvələrinin məcmusu.
Cəld faktlar Qurulub, Daxildir ...
Özbəkistan Silahlı Qüvvələri | |
---|---|
Oʻzbekiston Respublikasi Qurolli Kuchlari | |
Qurulub | 14 yanvar 1992 |
Daxildir |
Quru qoşunları Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələri Dəniz çayı donanması Milli Qvardiya Sərhəd Xidməti |
Qərargah | Daşkənd, Özbəkistan |
Rəhbərlik | |
Ali Baş Komandan | Şavkat Mirziyayev |
Baş Qərargah rəisi | General-mayor Şöhrət Xolməhəmmədov |
Canlı qüvvə | |
Hərbi yaş | 18 yaş |
Əsgərlik müddəti | 12 ay |
Bağla
Özbəkistan Silahlı Qüvvələrinə quru qoşunlarının hərbi komandanlıq və nəzarət orqanları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələri, Milli Qvardiya və sərhəd xidməti daxildir. Özbəkistan silahlı qüvvələrinin vəzifələrini Özbəkistan Respublikasının Prezidenti onun bitərəf xarici siyasətinə uyğun olaraq müəyyən edir. Beləliklə, silahlı qüvvələrdən yalnız müdafiə məqsədləri üçün istifadə edilməsi nəzərdə tutulur.