Ötzi
From Wikipedia, the free encyclopedia
Ötzi, Ötsi (alm. Ötzi) yaxud Similaun adamı (it. Mummia del Similaun) — insan epoxasının mis dövrünə aid buzlaşmış insan mumiyası. Ötzi mumiyası 1991 ci ildə Tirolun Ötztal Alpındakı (alm. Ötztaler Alpen) Şnalştal buzlağında (alm. Schnalstal), 3200 m hündürlükdən, kəskin buz ərintisi nəticəsində aşkarlanmışdır. Mumiyanın mənsub olduğu şəxsin ölüm tarixi radio kömür müayinəsi əsasında e.ə. ≈ 3359 və 3105 il, yaşı isə ≈5250 il müəyyən edilmişdir.[1] Avstriyada mumiya Ötzi adamı, İtaliyada isə “Similaun adamı” və “Tirol buzlaq adamı” kimi təqdim edilmişdir.[2][3] 2011 ci ilin oktyabrında alimlər Ötzinin genetik kodunu açmağa müvəffəq olmuşlar.
Cəld faktlar Doğum tarixi:, Vəfatı: ...
Ötzi | |
---|---|
alm. Ötzi it. Mummia del Similaun | |
Doğum tarixi: | ən tezi e.ə. 3375 və ən geci e.ə. 3150 |
Vəfatı: | ən tezi e.ə. 3359 və ən geci e.ə. 3105 |
Vəfat yeri: |
Şnalştal buzlağı (alm. Schnalstal), Ötztal Alpı (alm. Ötztaler Alpen) Avstriya↔ İtaliya |
Ölüm səbəbi: |
Körpücükaltı arteriya və ya venanın zədələnməsi səbəbindən qanaxma |
Mənşəyi: | Tirol |
Məşqulluğu: | Misgər |
Boyu: | 165 sm (5.4 fut) |
Çəkisi: | 50 kq (110 funt) |
Tapılma tarixi: | 1991 |
Tapanı: | Helmut və Erik Simon |
Sayt: | South Tyrol Museum of Archaeology |
Bağla