Çıraqqala
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Çıraqqala — Azərbaycanın Şabran rayonunun 20-25 kilometrliyində, Bakı şəhərindən 150 km aralı Çaraq kəndi ərazisində yerləşən Çaraqqaya adlı sıldırım qayanın zirvəsində 1232 metr hündürlükdə yerləşən V-VI əsrlərə aid müdafiə qalası.
Çıraqqala | |
---|---|
41°04′49″ şm. e. 48°56′43″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Yerləşir | Şabran şəhərinin 20-25 km-liyində |
Aidiyyatı |
Sasanilər imperiyası Qafqaz Albaniyası |
Tikilmə tarixi | IV-VI əsrlər |
Üslubu |
Alban memarlığı Sasani memarlığı |
Material | kərpic, daş |
Vəziyyəti | xarabalıqları qalıb |
UNESCO Ehtiyat Siyahısı | |
Rəsmi adı: The Caspian Shore Defensive Constructions | |
Tipi | Mədəni |
Təyin edilib | 2001 |
İstinad nöm. | 1573 |
Dövlət | Azərbaycan |
Region | Avropa |
İstinad nöm. | 4.7 |
Kateqoriya | Qala |
Əhəmiyyəti | Dünya əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Elə hesab edilir ki, Çıraqqala, əsasən istehkam qarovulxana məqsədilə Sasani hökmdarları tərəfindən IV-VI əsrlərdə tikilmişdir. Gilgilçay səddinin baş qarovulxanası olub. Buradan geniş bir ərazini nəzarət altında saxlamaq və düşmənin gəlişini görüb tonqallar vasitəsilə ətrafa xəbər vermək mümkündür. Sonralar elə bu məqsədlə həmin qaya başında möhtəşəm qala tikilmiş və onun indi salamat qalan ən uca bürcündə tonqal qalanarmış.
Bura həm də qala rolunu oynayırmış və təqribən Xəzər dənizindən Baba dağın ətəklərinə qədər uzanan səddin üç böyük qalasından biri imiş. İki qala və səddin böyük bir hissəsi tarixin zərbələrinə davam gətirməyərək uçub dağılmış, “Çıraqqala” isə öz əzəməti, vüqarı ilə hələ də insanları heyran etməkdədir.
Çıraqqalanın adının yaranmasının da bir neçə izahı vardır. Abbasqulu ağa Bakıxanov “Gülüstani-İrəm” əsərində bu qalanın adını “Çıraqqala” kimi göstərmiş və o, bu adla da, tanınmağa başlanmışdır. Lakin yerli əhali həmişə və bu gündə belə qalanı “Çaraqqala” adlandırır və orada orta əsrlərdən qala şəhər olmasını göstərirlər. Qalanın bir neçə kilometrliyindəki kəndin Çaraq olması, qalanın yerləşdiyi dağ zirvəsinin adınında Çaraq qaya olması deyilənləri bir daha təsdiqləyir. Qalanın sadəcə düşmənin gəlişini xəbər vermək üçün tikildiyi də inandırıcı deyildir. Belə ki, qalanın ərazisinin böyüklüyü və ərazinin 4 tərəfdən keçilməz olan təbii sıldırımlı qaya üzərində yerləşməsi, möhtəşəm qala divarları ilə əhatələnməsi və eləcədə 17 bürcünün olması buranın qala şəhər oldugunu göstərir. Eyni zamanda məlumdur ki, bu qalanın Sasanilər tərəfindən təyin edilmiş ilk hakiminin də adı Çora və ya Çara olmuşdur. Onda bu qala şəhərcik ətraf əhali tərəfindən Çara yaşayan qala adlanması daha inandırıcıdır. Dilimizin xüsusiyyətlərinə əsasən Çara qala dönüb Çaraqqala olmuşdur. Lakin bu günə qədər tarixçi alimlər arasında yekdil rəy yoxdur və buna görədə biz A.A.Bakıxanovun yazdığı rəvayətə və bugünkü deyimə uyğun olaraq qalanı “Çıraqqala” kimi göstəririk.
Erkən orta əsrlər dövründə Beşbarmaq dağından Dərbəndə qədərki ərazilər Çora vilayəti adlanmış və həmin vilayətdə Çora qalası yerləşmişdir. Ehtimal var ki, həmin Çora qalası sonrakı əsrlərdə “Çoraqqala”-yəni Çıraqqala şəklinə düşmüşdür.[mənbə göstərin] “Çıraqqala”nın yerləşdiyi möhtəşəm Gilgilçay səddi, bəzi mənbələrə görə, məşhur Çin səddindən sonra dünyada ikinci nəhəng müdafiə istehkamıdır. Bu sədd faktiki olaraq şimaldan cənuba keçilməsi mümkün olan bütün yolları bağlayır. Səddin üzərində hər 32,5 metrdən bir bürc və ya qüllə ucaldılıb. Səddə ən böyük bürcün hündürlüyü 14,7, eni isə 7,2 metrdir. Divarlar və bürclər əsasən bişmiş və çiy kərpicdən hörülüb. Çıraqqala mərkəzi qala da daxil olmaqla 17 bürcdən ibarət düzbucaqlı formasındadır.[1] İndi həmin bürclərin ancaq üçü salamat qalıb.
1952-ci ilə qədər bürclərin bir hissəsi, narınqala və baş bürc salamat idi. Qala altı deyilən yerdə naftusiya suyunun kəşfi və burada sanotoriyanın tikilməsi, qalanın isə mühafizə olunmaması onun sürətlə dağılmasına təkan oldu.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 23 iyun 2003-cü il tarixli 1262 nömrəli Sərəncamı ilə “Çıraqqala” tarixi kompleksi tarixi qoruq elan edilmiş və onun qorunması və bərpası üçün əlaqədar təşkilatlara mühüm tapşırıqlar verilmişdir.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.