From Wikipedia, the free encyclopedia
Çıraqlı xalçaları – Gəncə xalçaçılıq məktəbinin Gəncə qrupuna daxil olan xovlu Azərbaycan xalçalarıdır.[2] Xalçalar adını Gəncə şəhərindən 35 km cənubda yerləşən Çıraqlı kəndinin adından almışdır. Bəzi xalçaçılar bu xalçanı "Qazaxça", "Gəncə", "Faxralı", "Şamxor" adlandırırlar. Çıraqlı xalçaları Gəncə xalçalarının orta keyfiyyətli xalçalar kateqoriyasına aiddir.[3]
Xalça | |
Çıraqlı xalçaları | |
---|---|
Xalça haqqında məlumatlar | |
Tam adı | Çıraqlı xalçaları |
Məktəbi | Gəncə xalçaçılıq məktəbi |
Növü | Xovlu xalça |
Ölkə | Azərbaycan |
Şəhər | Gəncə |
Kənd | Çıraqlı |
Toxunması haqqında məlumatlar | |
Üslubu | Gəncə xalçaçılıq məktəbi[1] |
Digər məlumatlar | |
Material | qoyun yunu |
Çıraqlı xalçaları əvvəlcə Gəncə şəhərindən 35 km cənubda, hal-hazırda Daşkəsən rayonunun ərazisində yerləşən Çıraqlı kəndində istehsal olunmağa başlamışdır. Çıraqlı xalçaları bir müddət sonra Gəncə zonasının bütün xalçaçılıq məntəqələrində istehsal olunmağa başlayır. Bu xalçalar bəzən "Qazaxça xalçası", "Gəncə xalçası", "Fəxralı xalçası", "Şamxor xalçası" və digər adlarla adlandırılmışdır. Buna səbəb isə xalçanın digər ərazilərdə istehsal olunmağa başlanması olmuşdur.[2]
Ara sahənin yerliyi göy rəngdədir və ara sahədə bir-birinin ardınca yerləşmiş altıbucaqlı göllərin yerliyi isə qırmızı rəngdədir. Göllərin daxilindəki elementlər qədim Muğan xalçalarının naxışları və həmçinin kilim ornamentləri ilə oxşarlıq təşkil edir. Göllər arasındakı boş sahələr isə rom şəkilli kətabələrlə bəzədilmişdir.[2]
Çıraqlı"xalçaları daha çox uzunsov ölçülərdə toxunur. Ölçüsü kiçik olan xalçalara da rast gəlmək olur.[3] Xovun hündürlüyü 6–8 mm-dir.[3]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.