Çökə
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Çökə (lat. Acipenser ruthenus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü. Bədəninin uzunluğu 125 sm, kütləsi isə 16 kq-a qədər olur.
Çökə | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Sinifüstü: Sinif: Ranqsız: Actinopteri Yarımsinif: Dəstə: Fəsilə: Yarımfəsilə: Acipenserinae Cins: Növ: Çökə |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Daim Volqada yaşayan çay balığıdır. Şirin su balığıdır, Xəzər, Qara və Baltik dənizlərinə tökülən çaylarda yaşayır. Orta Xəzərin qərb sahilində rast gəlinir. Buradan təsadüfən Terek çayına girə bilir. Sibirdə Ob, Yenisey, İrtış çaylarında yayılıb, kanallar vasitəsilə Şimali Dviia çayına, Ladoqa və Oneqa göllərinə də gedir. Şirin su balığı olsa da; Xəzər dənizinin Azərbaycan sahillərində tək-tək təsadüf edilir. Əsasən Yalama-Nabranda tək-tük fərdlər tutulur.
D 39-49, orta hesabla 41,1; A 20-30, orta hesabla 24,7. Bel sümük lövhəciklərinin sayı 12-16, yan sümük lövhəciklərinin sayı 12-16, qəlsəmə dişiciklərinin sayı 16-21 olur. Alt dodaq ortadan yarıqdır. Burnu uzununa azca dartılmışdır. Bığcıqları saçaqlıdır. Morfoloji əlamətlərinə görə Azərbaycan sularında yaşayan çökə Kamada da yaşayan çökədən fərqlənmir. Onun tərkibi nartium, fosfor, kalium, kalsium, maqnium, dəmir, xlor, ftor, xrom, molibden, nikel, yod və bir çox minerallarla zəngindir. Nərə balığının əti C, PP, B1, B2 vitaminləri ilə zəngindir.[2]
Çökə o qədər də böyük olmayan, tipik çay balığıdır. Bir yaşına qədər xərçəngkimilər, xironomid sürfələri, nereis qurdları ilə qidalanır. Nərəkimilərin kürüsünü yeyir. Yaşlı fərdlər bulaqçılar, xironomid sürfələri, qammarid və korofoidlərlə qidalanırlar. Keçici nərələrdən fərqli olaraq çökə uzun məsafələrə miqrasiya etmir. Bununla belə, çökə çaylardan duzluluğun yüksək olmadığı, çayların dənizə qarışan hissəsinə keçir. Burada duzluluq 2-7,7%o arasında olur.
Bu balıq çoxalmaq üçün Volqanın mənsəbindən yuxarı mənbəyə doğru miqrasiya edir. Çökənin çoxalmaq məqsədilə miqrasiyası suyun temperaturu 2-4“C olduqda başlayır və 12-15 °C-də yüksək həddə çatır. Cinsi yetişkənliyə çatmış balıqların uzunluğu 35-100 sm, kütləsi isə 180 q-dan 6,2 kq-a qədər olur. Miqrasiya vaxtı Volqa çayında tutulan cinsi yetişkənliyə çatmış çökələrin yaşı əsasən 4-8 arasında olur Çökənin cinsi yetişkənliyə (4 yaş) tez çatmasını və şirin suda yayılmasını nəzərə alaraq onu balıqartırma təsərrüfatlarında çoxaldırlar.
Nərəkimilərdən çökə balığı ətinin dadlı olmasına görə yüksək qiymətləndirilir. Həmçinin çox qiymətli sənaye balığıdır. Çökə öz ölçüləri, ensiz burnu və uzun saçaqşəkilli bığları ilə seçilir. Çökə adətən çayların ən dərin, dibə yaxın hissələrində, çox gizli həyat tərzi keçirir. İllik tutumu 400-700 sen təşkil edir. Təbiətdə nərə və uzunburunla mələz əmələ gətirir. Süni mayalandırma yolu ilə həyatadavamlı nərə x çökə, çökə x nərə və bölgə x çökə hibidləri alınmışdır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.