Çuxur məhəllə məhəlləsi
From Wikipedia, the free encyclopedia
Çuxur məhəllə — Şuşanın XVIII əsrdə salınmış aşağı məhəllələrindən biri[1]. Şəhərin ən aşağı hissəsində yerləşdiyinə görə belə adlandırılmışdır.[2] Digər məhəllələr kimi bu məhəllədə də məscid, hamam, kiçik meydan və bulaq olmuşdur. Hacı Quluların mülkü, Bülbülün ev-muzeyi (Şuşa) bu məhəllədə yerləşir.