From Wikipedia, the free encyclopedia
Çu Kosaka (小坂 忠, Kosaka Çu?, 8 iyul 1948, Nerima, Tokio, Yaponiya – 29 aprel 2022, Saytama prefekturası, Yaponiya[1]) və ya doğum adı ilə Masayuki Kosaka (小坂 正行, Kosaka Masayuki?) – Yaponiya rok-musiqiçisi. "Apryl Fool" qrupunun baş vokalisti olmuşdur.
Çu Kosaka | |
---|---|
Ümumi məlumatlar | |
Doğum adı | 小坂 正行 |
Doğum tarixi | 8 iyul 1948 |
Doğum yeri | |
Vəfat tarixi | 29 aprel 2022 (74 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | böyrək çatışmazlığı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni-mahnı yazarı, pastor[d], bəstəkar |
Fəaliyyət illəri | 1966-cı ildən |
Janr | rok |
Musiqi aləti | gitara |
Çu Kosaka 1968-ci ildə "The Floral" rok-qrupunda debüt etmişdir. 1969-cu ildə Haruomi Hosono və Takaşi Matsumoto ilə birlikdə "Apryl Fool" rok-qrupunu yaratmış və Yaponiyada rok-n-roll tarixinin bünövrəsini qoymuşdur.[2]
"Apryl Fool" qrupu dağılandan sonra Kosaka 1975-ci ildə Masataka Matsutoya da daxil olmaqla "Tin Pan Alley" qrupunun üzvləri ilə birlikdə "Horo" albomunu buraxmışdır. Soul janrında olan bu albom Yaponiyada uğur qazanmışdır.[2]
Kosaka xristian olmuş və protestant kilsəsi pastoru kimi fəaliyyə göstərmişdir. Rusiya–Ukrayna münaqişəsində Ukraynanı dəstəklədiyini bildirmişdir. 2022-ci ilin martında ona bağırsaq xərçəngi diaqnozu qoyulduğunu açıqlamışdır. Kosaka 29 aprel 2022-ci ildə ölmüşdür.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.