From Wikipedia, the free encyclopedia
Çingiz Akif oğlu Abdullayev (7 aprel 1959, Bakı) — Azərbaycan detektiv yazıçısı, nasir, publisist, Azərbaycan Respublikasının xalq yazıçısı (2005), 1989-cu ildən Azərbaycan SSR Yazıçılar İttifaqının, 1991-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin birinci katibi (müavini), hüquq elmləri doktoru (1991).
Çingiz Abdullayev | |
---|---|
Doğum tarixi | 7 aprel 1959 (65 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | yazıçı, ssenarist, hüquqşünas, ictimai xadim, nasir, publisist |
Əsərlərinin dili | Azərbaycan dili, rus dili |
Janrlar | detektiv |
Tanınmış əsərləri | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Çingiz Abdullayev 1959-cu il aprelin 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.[1]. Çingiz Abdullayevin dördüncü nəsil hüquqşünaslar nəslindəndir. Ata tərəfdən onun ulu babası hələ 1890-cı illərdə Bakıda vəkil köməkçisi olub.[2] Atası Abdullayev Akif Abdulla oğlu Böyük Vətən müharibəsinin iştirakçısı olmuş, Naxçıvan Muxtar Respublikasında prokuror, Bakı şəhərində prokuror müavini, Azərbaycan Vəkillər Rəyasət Heyətinin sədri vəzifələrində çalışmışdır. Ç. Abdullayev Bakıda 189 saylı şəhər məktəbini bitirmişdir (1976). Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsilini davam etdirmişdir (1976–1981)
2024-cü il 13 aprel tarixində reanimasiyaya yerləşdirilib.[3]
Əmək fəaliyyətinə Bakı istehsalat birliyində hüquq məsləhətçisi, böyük hüquq məsləhətçisi və şöbə rəisi kimi başlamışdır (1981). Afrika, Asiya və Avropa ölkələrində ezamiyyətdə olmuşdur (1984–1986). Sonra Bakı şəhəri Əzizbəyov rayonu icraiyyə komitəsində şöbə müdiri, KP Qaradağ rayonu komitəsində təşkilat şöbəsinin təlimatçısı, siyasi-maarif kabinetinin müdiri vəzifələrində çalışmışdır. 1989-cu ilin fevralından Azərbaycan Yazıçılar İttifaqının katibi olmuşdur. Beynəlxalq təcavüz problemi barədə dissertasiya müdafiə edib hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır (1988). Polşanın Krakov Universitetinin fəxri professorudur (1989). H. Z. Tağıyev adına Xeyriyyə Cəmiyyətinin sədri (1990-cı ildən) və Azərbaycan Yazıçılar Birliyinin katibi (1991-ci ildən) seçilmişdir. Azərbaycan Demokratik Ziyalılar İttifaqı nəzdində olan milli akademiyanın doktorudur (1990). Beynəlxalq cinayət problemi barədə doktorluq dissertasiyası müdafiə etmişdir (1991). Azərbaycan PEN klubunun vitse-prezidentidir (1990)[1].
Ədəbi fəaliyyətə tələbəlik dövründən başlamışdır. 1983-cü ildən dövri mətbuatda oçerk, məqalə və detektiv janrda yazdığı hekayələrlə müntəzəm çıxış edir. Rus dilində yazıb-yaradır. İngilis və italyan dillərində sərbəst danışır. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Almaniyada, İrlandiyada, Fransada, Rusiyada kütləvi tirajla buraxılmış, 27 milyon nüsxədə olan 600-dən çox kitabı dünyada yayılmışdır. 200-dən çox kitabın müəllifidir.[4] Kitabları dünyanın 32 dilinə tərcümə olunaraq nəşr olunmuşdur[5]. Xidmətlərinə görə "Qırmızı əmək bayrağı" ordeni və medallarla təltif olunmuşdur. Keçmiş SSRİ Yazıçılar İttifaqının nümayəndələri tərkibində Çexoslovakiya, Yuqoslaviya (1978), Bolqarıstan (1986), Danimarka (1989), Polşada (1989) səfərdə olmuşdur.
Çingiz Abdullayev 2009-cu il aprel ayının 7-də Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilib.[6]
2014-cü ilin noyabr ayından İnterpolun fəxri səfiridir.[7]
31 mart 2015-ci ildən "Neftçi" Futbol Klubunun Müşahidə Şurasının sədridir.
Çingiz Abdullayev 30 sentyabr 2022-ci ildə keçirilən AYB-nin XIII qurultayında ona sual verən bir jurnalisti təhqir edib və o, buna görə sərt şəkildə tənqid edilib.[8]
Çingiz Abdullayev yeganə azərbaycanlı yazıçıdır ki, rus dilində psixoloji və siyasi detektiv janrında əsərlər yazır[9]. Ədəbi fəaliyyət bir neçə lirik hekayə ilə, o cümlədən "Vals" (1981) və "Bir tikə çörək" (1981–1982) ilə başlamışdır[10]. Yazıçının ilk böyük əsəri — "Mavi mələklər" romanı 1988-ci ildə Bakıda işıq üzü görüb. Sonralar trilogiya — "Əclafların qanunu", "Əclafların əqidəsi" və "Əclafların vicdanı"[9] nəşr olundu.
Çingiz Abdullayevin ssenarilərinin əksəriyyəti Azərbaycan dilində yazılıb[1].
2000-ci ildə İsveçin "Tresselit" ("Tresselit") nəşriyyatı Abdullayevin "Qaranlıq simfoniyası" romanını nəşr etdirmişdir[11].
2004-cü ildə Rumıniyada "Paidea" nəşriyyatı tərəfindən 5000 nüsxə tirajla"Dronqo"romanı[12] , 2009-cu ildə isə "Günəş altında qaranlıq" romanı nəşr olunub. Tərcüməçi professor Dumitru Balandır[13][14]. Çingiz Abdullayevin Estoniyada dörd kitabı nəşr olunmuşdur — Mənim gözəl alibim (2008), Kabuslar tuneli (2008), Demək olar ki, inanılmaz qətl (2010), Öz dünyanı yarat (2010)[15].
Çingiz Abdullayevin üç romanı – "İdeal hədəf", "Bütlərin yükü" və "Öldürməyə öyrədilmiş" romanları Fransanın "L’Aube" ("L’aube"; "Sübh") nəşriyyatında çap olunmuşdur (2012–2015)[16][17]."İdeal Hədəf" romanı daha əvvəl fransız dilində nəşr olunmuşdu.[18].
2015-ci ildən Latviyanın "Juvetas" nəşriyyatı Çingiz Abdullayevin bir sıra romanlarını nəşr etmişdir – "Bütlərin yükü" (2015), "Tənha ürəklərin evi" (2015), "Tərsinə çevrilmiş reallıq" (2016), "Qurban sindromu" (2016), "Alliqator xətti " (2017), "Həvəskarların arzusu"[17]. 2003-cü ildə "AVE" nəşriyyatı müəllifin daha iki kitabını latış dilində nəşr etdi — "Minillikdə bir dəfə " və "İcazə verilən səhv"[19].
"Avropanın ələhidarları" romanı 2015-ci ildə Bosniya və Herseqovinada nəşr olunub[20].
Xaricdə nəşr olunan digər romanlar arasında İngilis Bulvarı (Serbiya, 2019), Transilvaniyaya Səyahət (Polşa, 2016), Oliqarxın Varisi (Albaniya, 2006), Əfsanə hüququ (Ukrayna, 2010)[1].
Bolqarıstanda 1996-cı ildə "Herodun kölgəsi", 2005-ci ildə "Adında şər" və "Adında xəyanət" romanları çap olunub[1].
Yazıçının əsərləri toplu və jurnallarda rumın, belarus, macar və alman dillərində çap olunub[1].
Əsər müəllifi kimi
Ssenari müəllifi kimi
Məsləhətçi kimi
Prodüser kimi
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.