Çimbaroso (isp. Chimborazo) ― Ekvadorun ən hündür nöqtəsi olub, sönmüş vulkandır. Hündürlüyü 6267 m-dir. Son püskürməsi eramızın ilk yüzüllüyündə baş vermişdir. XVI və XIX əsrlərdə o dünyanın ən hündür nöqtəsi hesab edilirdi. Vulkanın ətəyində Quayas çayı başlanğıcını götürür. Vulkanın adı Çimbaroso əyalətinin adından götürmüşdür.

Cəld faktlar Ümumi məlumatlar, Dağ sistemi ...
Çimbaroso vulkanı
Chimborazo
Thumb
Ümumi məlumatlar
Dağ sistemi And dağları
Dağ silsiləsi And dağları
Kraterin diametri 750 m
Əmələgəlmə dövrü Oliqosen
Yaşı 25 min il
İlk püskürmə 1880
Mütləq hündürlüyü 6.263,47 m[1]
Yerləşməsi
1°28′09″ c. e. 78°49′03″ q. u.
Ölkə Ekvador

Thumb
Çimbaroso vulkanı
Çimbaroso vulkanı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Adının etimologiyası

Çimbarosonun adının tarixi haqqında müxtəlif fərziyyələr var. Keçua "çimba" tərcümədə "digər tərəfdən" və ya "çayın digər sahilində" mənasını verir. Həmçinin "razu" sözü "qar" və ya "buz" mənasını verir. Yerli sakinlər hesab edirlər ki, bu iki sözün birləşməsi-Çimbarosu- "digər tərəfindən qar" deməkdir. Bəzi dillərdə isə "schingbu"-qadın, "razo"-isə qar (buz) yəni "buzlu qadın" deməkdir. Adın mənşəyinin digər versiyaları mövcuddur.

Yerləşməsi

Çimbarosu Andın ekvatorial hissəsində, Kito şəhərinin 150 km-liyində yerləşir. Aydın havalarda Quaykil şəhərindən 140 km məsafədə yerləşir. Dağa ən yaxın yerləşən şəhərlər Riobamba (cənub-şərqdən 30 km), Ambato (şimal-şərqə 30 km) və Guarandadır (cənub-qərbdən 25 km).

Buzlaqlar

Vulkanın üst hissəsi tamamilə buzla örtülür və burada 4600 metr hündürlüyündə buz qatı mövcuddur. Boliviya və Çimbarosu əyalətlərinin sakinləri üçün dağdan ərimə suları əsas su mənbəyidir. Son onilliklərdə qlobal istiləşmənin təsiri ilə buzlaqların sahəsi azalmışdır. Soyuducuların yayılmasından əvvəl, Çimbarosudan gələn buz, ətrafdakı icmaların əhalisi tərəfindən bazarlarda satılması, məhsulların qorunması və iqlimi isti olan şəhərlərin sərinləşdirilməsi üçün istifadə edilirdi.

Püskürməsi

O, andezit-dasit stratovolkanadır. Son vulkanik püskürməsi bizim eranın 550-ci illərdə baş verməsi məlumdur. Hal-hazırda vulkan aktual sayılmır.

Yüksəkliyi

Çimbaraso, Ekvadorun ən yüksək dağıdır və 6,310 metrdir və Şimali Amerikadakı bütün dağlardan daha yüksəkdir. Çimbaraso, Himalay ölçülməmişdən əvvəl dünyanın ən hündür dağı idi. George Everestin 1856-cı ildəki ölçmələri bir çox Himalay zirvəsinin, xüsusilə Everest dağının Çimbarasodan əhəmiyyətli dərəcədə yüksək olduğunu göstərdi.

İstinadlar

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.