Çaşitsu
From Wikipedia, the free encyclopedia
Çaşitsu və ya çay evi (茶室, "çay otaqları") — Yapon çay mərasiminin (“çanoyu”) keçirilməsi üçün istifadə olunan xüsusi məkan[1]. Çaşitsu tikilməsi üçün istifadə edilən memarlıq stili “sukiya” (“sukiya-zukuri”) adlanır və sukiya həm də çaşitsunun sinonimi kimi işlənə bilər.[2]. Çaşitsunu səciyyələndirən memarlıq elementlərinə södzi pəncərələri, yarımşəffaf vasi kağızı ilə örtülmüş ağac çərçivədən hazırlanan hərəkətli qapılar, tatami döşəmə, tokonoma (əlyazmalar, rəsmlər və gül dizaynı üçün divarda xüsusi yer[3][4] ) və sadə, sönük rənglərdə dizayn aiddir. Çaşitsu üçün ideal ölçü 4.5 (dörd tam onda beş)tatamilik (təxminən 7.5 kvadrat metr) otaq ölçüsüdür[5] və bu ölçü məşhur usta Senno Rikü tərəfindən XVI əsrdə müəyyən edilmişdir [6].