Barie Davenport - Recipco Corporation-nun Baş icraçı direktoru
- Bədəniniz məbəddir. Hər birimizin bədənimizdə nifrət etdiyimiz bir şey var. Lakin bədənimiz bizə aid olan tək şeydir. Ona hörmətlə yanaşın, qayğı göstərin.
- Biz xoşbəxtliyimizin açarı olacaq o heyrətamiz şeyin gələcəkdə baş verəcəyini gözləyirik. Amma budur. Elə indi. Həyat indilər silsiləsi olmağa davam edir. Elə indicə sevməyi öyrənin və heyrətamiz bir həyatınız olacaq.
- Borc götürməyin, çünki dəyməz. İmkanlarınızı real qiymətləndirin. Azad yaşayın. Borclar sizə bunu etməyə imkan verməyəcək.
- Bu keçəcək. Həyatınızda baş verən hər şey keçib gedəcək. Zaman unutdurur, şərtlər isə dəyişir.
- Bununla belə, güclü, kimyəvi cəhətdən idarə olunan sevgi və cazibə hisslərinin arxasında yoldaşlıq, emosional yaxınlıq, aidiyyət və təhlükəsizlik hissi üçün daha praktik istəklər dayanır.
- Darıxırsınızsa, hərəkət edin. Bu, sizə narahatlıq, süründürməçilik, depressiya və digər xoşagəlməz duyğulardan qurtulmağa kömək edəcəkdir. Bəsdir düşündünüz! Hərəkətə başlayın!
- Dəyişiklər hər zaman yaxşıdır. Həyat dəyişir və buna müqavimət göstərmək lazım deyil. Dəyişiklərdən qorxmayın.
- Dostluq diqqət tələb edir. Dostluğu dekorativ bitki təki qoruyun ki, bəhrəsini görəsiniz.
- Düşüncələr qeyri-realdır. Hər gün ağlımızdan min cür fikir keçir. Onların əksəriyyəti qorxunc və neqativdir. Onlara inanmayın. Bu, sadəcə fikirlərdir, əgər onlara kömək etməsəniz, onlar heç vaxt gerçək olmayacaqlar.
- Ehtiras həyatı yaxşılaşdırır. Sevdiyimiz bir işlə məşğul olarkən, hər günümüz hədiyyəyə çevrilir. Öz ehtirasınızı tapın.
- Əşyalar toz yığır. Əşyalara sərf etdiyiniz zaman və pul bir gün sizi məhv edəcək. Evinizdə əşyaların sayı nə qədər az olsa, bir o qədər azad olacaqsınız. Ağıl ilə alın.
- Fərqliliklər, özəlliklər, fobiyalar və çatışmazlıqlar – bizi unikal edən şeylərdir. Bunu unutmayın.
- Heç vaxt gec deyil. Gecdir deyib özümüzə bəraət qazandırmağa çalışırıq. Məqsədlərinizə həyatınızın istənilən dövründə çata bilərsiniz.
- Hədəfinizi təyin edin. Məqsədsiz həyat çox maraqsız olur. Sizin üçün əhəmiyyətli olanını tapın və həyatınızı onun ətrafında qurun.
- Hər gün yaşayın. 90 yaşınız olanda, neçə gününüz qalacaq? Onların hər birinə qiymət verin.
- Həyat – hal-hazırda əlimizdə olandır. Biz həmişə gələcəkdə baş verəcək inanılmaz şeyləri gözləyirik və indiki zamanda yaşamağı unuduruq. İndiki zamanda yaşamağı öyrənin və gələcəkdəki xəyallara ümidlənməyin.
- Həyatda məqsəd tapmaq üçün hərəkət edin. O özü özünü tapa bilməz. Məqsədinizi tapmaq üçün əlinizdən gələni edin.
- Həyatınızda ən mühüm şey sizin üçün yaxın və doğma olan insanlardır. Onlar həyatınızda birinci yer tutmalıdırlar. Onlar işdən, hobbidən, kompüterdən daha önəmlidirlər. Onlara dəyər verin. Onlar sizin həyatınızdır.
- İdeallar çox darıxdırıcı olurlar. Mükəmməllik həyatınızı darıxdırıcı edəcək.
- İdman gücdür. Mütəmadi olaraq idmanla məşğul olun, idman həyatınızın ayrılmaz hissəsinə çevrilməlidir. Bu sizi fiziki, mənəvi və emosional baxımdan daha da gücləndirəcək. Eyni zamanda idman bizim sağlamlığımıza və xarici görkəmimizə müsbət təsir göstərir. İdman bütün dərdlərin dərmanıdır.
- İlk növbədə təcrübə. Divan alım, yoxsa səyahətə gedim? Əgər belə bir seçim qarşısında qalmısınızsa, mütləq ikincini seçin. Sevinc və xoş təəssüratlar maddi şeylərdən dəyərlidir.
- İnciklik ağrıdır. Onu buraxın. Bunun yolu yoxdur.
- İntuisiyanı dinləyin. Sizin fikirləriniz çox vacibdir, lakin intuisiya supergücdür. O, sizin təcrübənizə və həyatınızın modelinə əsaslanır. Bəzən intuisiya spontan yaranır, onu dinləyin.
- İstədiyiniz şeyləri edin. Proaktiv olun. Oturub nə isə gözləməyin. Həyatın sizə atdığı sümüyün tamı pis ola bilər.
- Kiçik şeylər çox vacibdir. Biz hamımız böyük qələbələr və nailiyyətlər gözləyirik və unuduruq ki, onların hər biri kiçik addımlardan ibarətdir. Bu addımlara qiymət verin.
- Kimsə sizi aşağı salmaq, idarə etmək və ya manipulyasiya etmək üçün xroniki olaraq öz sözlərindən istifadə etdikdə – sonra isə bunu inkar edirlər – onlar əsl şifahi təhqiredici olurlar. Məqsəd, sui-istifadə edənin bunu tanıyıb-tanımamasından asılı olmayaraq, sizin üzərinizdə hökmranlıq və nəzarət əldə etməkdir.
- Qəzəbi unudun. Belə ki, qəzəbdən irəli gələn məmnuniyyət bir neçə dəqiqədən sonra keçir. Nəticələr isə daha uzun davam edə bilər. Duyğularınızı dinləyin və qəzəb keçirdikdə, əks istiqamətdə bir addım atın.
- Qorxu bir illüziyadır. Qorxduğumuz şeylərin əksəriyyəti heç vaxt baş verməyəcək. Lakin baş versə belə, bizim düşündüyümüz kimi pis olmur. Bir çoxumuz üçün qorxu baş verə biləcək ən pis şeydir. Həqiqət o qədər də qorxunc deyil.
- Minnətdarlıq insanı xoşbəxt edir. İnsanlara minnətdarlığınızı bildirməyi unutmayın.
- Narahat olmağa dəyməz. Narahatlığın təbiəti elədir ki, o heç vaxt baş verməyəcək. Narahatlıq beyninizi söndürür və siz problemi həll edə bilmirsiniz. Buna görə narahatlıqla mübarizə aparmağa və ondan qurtarmağa çalışın.
- Nə edirsinizsə mükəmməl edin. Əgər həyatda nələrəsə nail olmaq istəyirsinizsə, çox işləməlisiniz. Əlbəttə ki, istisna hallar da var, lakin onlara ümidlənməyin. Özünüzə arxalanın.
- Nikah insanları dəyişdirir. Ailə həyatını qurduğunuz insan zamanla dəyişəcək. Siz də dəyişəcəksiniz!
- Öyrənin. Həmişə. Dünyadakı hər şeyin ən azı 1%-ni bildiyinizi düşünürsünüzsə, çox yanılırsınız. Hər gün öyrənin. Daimi öyrənmə beynimizi tonusda saxlayır.
- Özünüzə qarşı dürüst olun. Bu – azadlıqdır. Özünüzü aldatmayın.
- Özünüzü unutmayın. Unutmayın ki, həyatınızda olan ən dəyərli insan özünüzsünüz.
- Özünüzü və qarşıdakını aldatmağa çalışmayın, olduğunuz kimi olun. Çox vaxt insanlar bizi yox, yaratdığımız obrazı görürlər. Bu onları çəkindirə bilər.
- Risk etmək yaxşıdır. Həyatınızı dəyişdirmək istəyirsinizsə, risk edin.
- Sadə daha yaxşıdır. Həyat çətinliklər, qarışıqlıqlar və hər şeyi daha da çətinləşdirən öhdəliklərlə doludur. Sadə həyat sevinc və sevimli fəaliyyət üçün yer ayırır.
- Sevgi bütün sualların cavabıdır. Sevgi gücdür. Onunla bölüşün və göstərin. Dünyanı yaxşılaşdırın.
- Səhvlər yaxşıdır. Çox vaxt səhv etməkdən qorxuruq və unuduruq ki, onlar müvəffəqiyyətə aparan yoldur. Səhv etməyə hazır olun.
- Səyahətlər bizə təcrübə bəxş edir, dünya görüşümüzü genişləndirir. Səyahətlər sizi daha maraqlı, müdrik və yaxşı edir. Onlar bizə qarşılıqlı əlaqələr qurmağı öyrədir.
- Siz başqalarına nəzarət edə bilməzsiniz. Biz istəyirik ki, ətrafımızda olan insanlar bizim istəyimizə uyğun davransınlar. Lakin reallıq elədir ki, biz başqa insanları dəyişdirə bilmirik. Hər bir insanın unikallığına və müstəqilliyinə hörmət edin.
- Siz də haqsız ola bilərsiniz. Biz elə düşünürük ki, hər bir sualın cavabını bilirik. Unutmayın ki, hər zaman sizdən daha ağıllı biri var.
- Siz qalib gələcəksiniz. Ağlınızdakı problem heç bir rol oynamır. Reallıq elədir ki, siz bu çətinliyə qalib gələ biləcəksiniz. Siz düşündüyünüzdən daha güclü və müdriksiniz.
- Sözlər əhəmiyyətlidir. Birinci düşünün, sonra danışın. İnsanları incitmək üçün sözlərdən istifadə etməyin. Bunu etsəniz, geri dönüş olmayacaq.
- Stereotipləri buraxın. Cəmiyyətin fikirlərinə və ya düşüncə tərzinə bağlı olmayın. Yeni imkanlar və ideyalar üçün açıq olun. Siz təəccüblənəcəksiniz, amma həyat sizə bir çox imkanlar verir.
- Şənliyi yanlış qiymətləndiririk. Nə qədər tez-tez əylənirsiniz? Həyat çox qısadır, siz ondan zövq almalısınız. Və başqalarının sizin haqda nə düşünəcəyi barədə narahat olmayın. Sadəcə zövq alın.
- Toxunuşlar şəfa verir. Onlar bir çox müsbət xüsusiyyətlərə malikdir – ürək döyüntülərini normaya salır, sağlamlığı yaxşılaşdırır və stressdən azad olmağa kömək edir. Bu hədiyyəni başqaları ilə bölüşün.
- Uşaqlar sizi əks etdirməli deyillər. Siz uşağı dünyaya gətirirsiniz, ona sevgi və qayğı göstərirsiniz. Onları öyrədin, sevin, dəstək olun, amma dəyişdirməyə çalışmayın. Hər bir uşaq unikaldır və həyatını yaşamalıdır.
- Və yaxşılıq etməyi unutmayın. Təvazökarlığın kiçik bir hissəsi ətrafınızdakı insanlar ilə möcüzələr yarada bilər.
- Yaxınlıq yaxın olmaq, orijinal olmaq və özünüzü başqasına açdığınız zaman təhlükəsiz hiss etmək bacarığıdır.
- Yaralarınızı sağaldın. Keçmişlə bağlı olan yaraların sizin hazırkı həyatınıza təsir göstərməsinə icazə verməyin. Sevdiklərinizdən və ya emosional travmanın müalicəsində peşəkar olaraq məşğul olanlardan dəstək alın.
- Yaş sadəcə rəqəmdir. 20 yaşınız olanda düşünürsünüz ki, 50 yaş kabusdur. Lakin 50 yaşda olarkən, özünüzü 30 yaşında olan biri kimi hiss edirsiniz. Yaşımız bizim həyata olan münasibətimizi müəyyən etməməlidir. Rəqəmlərə özünüzü dəyişdirməyə imkan verməyin.
- Yaşlanma qaçırılmazdı. Bədənimiz yaşlanır və biz buna mane ola bilmərik. Yaşlanmanı yavaşıtmaq istəyirsinizsə, hər gün həyatınızdan zövq alın.
- Zəiflik müalicə edir. Açıq, real və həssas olmaq çox yaxşıdır. Bu, Zəiflik müalicə edir. Açıq, real və həssas olmaq böyükdür. Bu, ətrafınızdakılara sizə güvənmək və duyğularını sizinlə bölüşmək imkanını verir.