Anton Makarenko (1888, Belopolye, Suma uyezdi, Xarkov quberniyası, Rusiya İmperiyası — 1 aprel 1939, Qolisino stansiyası, Moskva vilayəti) — SSRİ pedaqoqu və yazıçısı.
Ailə həyata dolğunluq gətirir, xoşbəxtlik gətirir. Lakin hər bir ailə, xüsusən cəmiyyət həyatına hər şeydən əvvəl dövlət əhəmiyyətli böyük iş kimi daxil olmuşdur.
Böyük iradə yalnız bir şeyi arzulayıb, ona nail olmağı bacarmaqdan ibarət deyil, həm də lazım gəldikdə özünü bir şeydən çəkindirməyi, məcbur etməyi bacarmaqdan ibarətdir.
Elə etmək lazımdır ki, sizin sifətiniz, gözləriniz, səsiniz bəzi hallarda müstəqil olsun. Pedaqoq həmişə üzdən şən görünməlidir.
Əgər ailə quran təşkilatçı istedadlıdırsa, belə ailədə məhəbbət möhkəm olacaqdır.
İnsanı həyatda yaşadan onun sabahkı fərəhli günüdür.
Qarşılıqlı hörmət olmadan heç bir dostluq mümkün deyildir.
Mən əsl usta o zaman oldum ki, “Bura gəl” kəlməsini 15-20 səs tonu çaları ilə ifadə etməyi öyrəndim.
Nə üçün biz texniki institutlarda materialların müqavimətini öyrənirik, pedaqoji institutlarda isə şəxsiyyətin müqavimətini (onu tərbiyə etməyə başlayanda) öyrənmirik?[1]
Riskdən imtina etmək, yaradıcılıqdan imtina etməkdir.
Siz oğlunuzu və yaxud qızınızı valideynlik fərəhi xatirinə həyata gətirib tərbiyə etmirsiniz. Sizin ailənizdə, sizin başçılığınız altında gələcək vətəndaş, gələcək xadim və gələcək mübariz yetişir.
Uşaqlar cəmiyyətin canlı qüvvəsidir.
Uşağı düzgün və normal tərbiyə etmək işindən çox asandır.