Azərbaycan Respublikasının 4-cü prezidenti From Wikiquote, the free quote compendium
İlham Əliyev | ||||
Əliyev 2023-cü ildə | ||||
Tam adı | İlham Heydər oğlu Əliyev | |||
Doğum tarixi | 1961 | |||
Doğum yeri | Bakı | |||
|
İlham Əliyev — 2003-cü ildən Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı.
Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. Bu gün də mən bunu bir daha dedim. Heç vaxt - nə bu gün, nə sabah, nə 10 ildən sonra, nə 15 ildən sonra, nə 100 ildən sonra Dağlıq Qarabağ Azərbaycandan ayrılmayacaqdır. Hər halda mən Prezident olan dövrdə bunu özündə əks etdirən sazişə heç vaxt imza qoymaram.
Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu azərbaycanlılar bu diyarda yaşayıblar, ermənilər oraya qonaq kimi gəliblər. Dağlıq Qarabağın əvvəlki, yəni real coğrafi məntəqələrinin adlarına baxmaq kifayətdir. Xankəndi şəhəri əsrlər boyu bu adla mövcud olub. Köhnə xəritələrə baxanda hər kəs bunu görə bilir: Xankəndi. Stepanakert adı orada yoxdur. Stepanakert bolşevik, quldur Stepan Şaumyanın adından götürülüb. Bu ad Sovet İttifaqı zamanında verilib. Dağlıq Qarabağ - Qarabağ Azərbaycan sözüdür. Erməni dilində bunun heç bir mənası yoxdur. Bütün başqa coğrafi məntəqələrin adlarının - hamısı Azərbaycan xalqı, Azərbaycan tarixi ilə bağlıdır. Sadəcə olaraq XIX əsrdə digər bölgələrdən ermənilərin Dağlıq Qarabağa köçürülməsi orada demoqrafik vəziyyətin dəyişdirilməsinə gətirib çıxarıb və Sovet İttifaqı dağılan zaman orada ermənilər əksəriyyət təşkil etmişlər. Amma bu heç kimə əsas vermir ki, orada azlıq təşkil edən azərbaycanlıların haqları pozulsun. Azərbaycanlıların o torpağa qayıtmağa haqqı var və biz oraya qayıdacağıq. Biz istəyirik ki, bunu sülh yolu ilə edək. Ancaq biz bütün başqa variantlara da hazır olmalıyıq və hazırıq.
Qarabağ – Azərbaycandır və nida işarəsi.
Hər bir vətəndaşın hüququnun qorunması bizim üçün çox önəmlidir. Vətəndaşlarımızın təhlükəsizliyi də dövlət tərəfindən təmin edilir və bundan sonra da ediləcəkdir.
"Biz qanunun aliliyinin təmin olunduğu, yüksək səviyyədə şəffaflıq olan, hər bir insanın sülh və əmin-amanlıq şəraitində yaşadığı və bütün azadlıqlardan istifadə etdiyi cəmiyyət qururuq"
Bu gün dünyada Azərbaycan güclü ordular sırasındadır.
Hər bir ölkə üçün onun ordusu çox vacib bir atributdur, çox önəmli bir rəmzdir. O cümlədən Azərbaycan üçün. Xüsusilə nəzərə alsaq ki, Azərbaycan hələ də müharibə şəraitində yaşayır, orduya diqqət daim yüksək səviyyədə olmalıdır"
Düşmən bilməlidir ki, biz istənilən anda məsələni hərb yolu ilə həll edə bilərik. Ordunun güclənməsi, orduda nizam-intizamın güclənməsi, ordunun maddi-texniki bazasının möhkəmlənməsi, müasir silahların alınması – bütün bunlar buna görədir.
Qaçqınlar və məcburi köçkünlər Azərbaycanda ən ağır vəziyyətdə yaşayan insanlardır. Bizim hamımızın vəzifəsi ondan ibarətdir ki, həm dövlət tərəfindən, eyni zamanda qeyri-hökumət təşkilatları tərəfindən, özəl sektor tərəfindən onlara öz köməyimizi göstərək.
Azərbaycanın indiki inkişafında bir nömrəli problem öz doğma torpaqlarımızı qaytarmaq və etnik təmizləmə siyasətindən əziyyət çəkən insanların həyat səviyyəsini yaxşılaşdırmaqdır.
Biz 1994-cü ildə xarici şirkətlərlə "Əsrin müqaviləsi"ni imzaladıq və bu müqavilədə bir vergül belə dəyişdirilməyibdir. Hesab edirik ki, etimadı illərlə qazanmaq lazımdır, onu səhv bir addımla itirmək olar.
Seçkilərdən əvvəl dediyim və artıq məşhur olan "mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam" kəlamı sadəcə şüar, yaxud da ki, təbliğat naminə deyilən söz deyildir. Bu, mənim əqidəmdir, həyat prinsipimdir və mənim tabeliyimdə işləyənlərdən, yerlərdəki nümayəndələrimdən də tələbim budur: bu prinsiplərlə yaşamaq, insanların qayğıları ilə yaşamaq.
Vətəndaş cəmiyyətinin yaradılması və möhkəmlənməsi, demokratikləşmə prosesinin möhkəmlənməsi, hüquqi dövlətin qurulması sadəcə olaraq bir şüar, yaxud da bir niyyət deyil, Azərbaycanın hərtərəfli inkişafı üçün başlıca şərtdir. Bizim təcrübəmiz onu göstərir ki, Azərbaycanın seçdiyi yol düzgün yoldur. İqtisadi, siyasi və sosial islahatların paralel şəkildə aparılması Azərbaycanı hərtərəfli inkişaf etdirir və ölkəmiz üçün çox lazım olan sabitliyi möhkəmləndirir, ictimai-siyasi vəziyyətə də müsbət təsir göstərir.
Azərbaycanın Prezidenti kimi mən çalışacağam ki, hər bir vətəndaş, hər bir şəxs bu böyük layihələrdən, Azərbaycanda gedən inkişafdan bəhrələnsin. Bu, mənim vəzifəmdir, mənim borcumdur. Mən də bu vəzifəni ləyaqətlə yerinə yetirəcəyəm.
...yoxsulluğun kəskin şəkildə azalması onu göstərir ki, Azərbaycanın təbii sərvətləri, bütün iqtisadi potensialı və dövlətin siyasəti məhz ən çətin vəziyyətdə yaşayan insanların həyat səviyyəsinin yaxşılaşmasına yönəldilibdir.
İyirmi birinci əsr türk əsri olacaq.
|
Azərbaycan prezidentləri | |
---|---|
Ayaz Mütəllibov (1991—1992) • Əbülfəz Elçibəy (1992—1993) • Heydər Əliyev (1993—2003) • İlham Əliyev (2003—cü ildən) |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.