Map Graph

Tamarisi

Tamarisi — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Bolnisi rayonunda qəsəbə. Bolnisi şəhərindən 19 km şərqdə, dəniz səviyyəsindən 361 metr hündürlükdə yerləşir. 1982-ci ilin əvvəlində kənddə quşçuluq fabrikinin inşası başa çatdıqdan sonra 31 mart 1982-ci ildə Tamarisi qəsəbəsi təşkil edildi. 17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasına əsasən Tamarisi qəsəbəsində 434 nəfər yaşamaqdadır və onların 304 nəfərini gürcülər, 130 nəfərini isə azərbaycanlılar təşkil edir. 2014-cü ildə həyata keçirilmiş rəsmi siyahıyaalmaya əsasən qəsəbə sakinlərinin sayı artaraq 510 nəfərə çatmışdır.

Read article
Fayl:Kolagiri_Fortress.jpgFayl:Georgia_location_map.svg