Map Graph

Sisqala

Sisqala — Gürcüstan Respublikasının Aşağı Kartli diyarının Bolnisi bələdiyyəsində kənd. Yerli azərbaycanlılar kəndi həm də "Sayalıoğlu" adlandırırlar. Arıxlı, Qoçulu, Daşdıqullar, Hasanxocalı və Əsmələr kəndləri ilə birlikdə Arıxlı icma sakrebulosunu təşkil edir. Kənd şimali-qərbdə Samşvilde və Dağet-Xaçın kəndləri ilə, şimali-şərqdə Ağbulaq şəhəri, şərqdə Muxuti kəndi, cənub-şərqdə Raçisubani kəndi, cənubda Bolnisi şəhəri, cənub-qərbdə isə Ratevani kəndləri ilə əhatələnib. 17-24 yanvar, 2002-ci il siyahıyaalınmasına əsasən kənddə azərbaycanlılardan ibarət 502 nəfər əhali yaşayır. Kəndin azərbaycanlı əhali tərəfindən məskunlaşdırılması təxminən XIX əsrin 70-ci illərində baş vermişdir. Sisqala kəndi salındığı vaxtdan monoetnik əhaliyə sahibdir. 14 may – 17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış kameral siyahıyaalmaya əsasən Tiflis quberniyası, Borçalı qəzası, Yekaterinenfeld şöbəsi, Arıxlı kənd icmasına daxil olan Sisqala kəndində 12 evdə şiə təriqətli müsəlman azərbaycanlılardan ibarət 74 nəfər əhali qeydə alınmışdı. 1909-cu ildə Tiflisdə nəşr edilmiş "1910-cu il üçün Qafqaz təqvimi"nin I hissəsində, 1 yanvar 1909-cu il tarixinə verilən məlumata görə isə Tiflis quberniyası, Borçalı qəzası, Yekaterinenfeld şöbəsinə daxil olan kənddə 94 nəfər azərbaycanlı yaşayırdı.

Read article
Fayl:Georgia_location_map.svg