From Wikipedia, the free encyclopedia
Ənvər Abbasqulu oğlu Əbluc (6 yanvar 1947[1], Jdanov[2]) — Azərbaycan kinorejissoru, ssenarist, aktyor, Azərbaycanın əməkdar incəsənət xadimi (2006), Prezident təqaüdçüsü (2018-ci ildən).
Ənvər Əbluc 1947-ci ilin yanvar ayının 6-da Beyləqan (keçmiş Jdanov rayonu) İran Azərbaycanından olan siyasi mühacir ailəsində anadan olmuşdur. 1953-cü ildə məktəbə getmiş, 1968-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq, 1973-cü ildə isə Moskvada Ümumiittifaq Kinematoqrafiya İnstitutunun rejissorluq fakültələrini bitirmişdir. 7 bədii, 18 sənədli filmə ekran həyatı vermişdir. Quruluş verdiyi "Qara gölün cəngavərləri" adlı bədii filmi 1985-ci ildə Minsk şəhərində keçirilən Ümumittifaq kinofestivlında xüsusi mükafata və diploma layiq görülmüş, Qarabağ müharibəsindən bəhs edən "Ağ atlı oğlan" filmi İran İslam Respublikasında Beynəlxalq Uşaq filmləri festivalında, "Məhəmməd Biriya" sənədli filmi İsveç Krallığında keçirilən Beynəlxalq kinofestivalında iştirak etmiş, "Tərsinə çevrilən dünya" bədii filmi isə 2012-ci ildə İran İslam Respublikasında keçirilən Beynəlxalq Polis filmləri festivalında diploma layiq görülmüşdür. 1993-cü ildən Dövlət İncəsənət Gimnaziyasında rejissor sənətindən dərs deyir. Dublyaj sahəsində də xidmətləri var. Əməkdar incəsənət xadimidir (2006)[3]. 1 avqust 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.[4]
Aktyor Həsən Əblucun qardaşıdır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.