From Wikipedia, the free encyclopedia
Ənvər Məcid oğlu Behbudov (20 mart 1912, Şuşa – 18 mart 1993, Moskva)[1] — RSFSR xalq artisti (1965), rejissor, bədii rəhbər.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Ənvər Behbudov | |
---|---|
Doğum tarixi | 20 mart 1912 |
Doğum yeri | |
Vəfat tarixi | 18 mart 1993 (81 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Atası | Məcid Behbudov |
Fəaliyyəti | dramaturq, teatr rejissoru |
Mükafatları |
|
Ənvər Məcid oğlu 20 mart 1912-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Ümumittifaq Dövlət Teatr Sənəti İnstitutunun rejissorluq fakültəsini bitirmiş (1942), Ulyanovsk (1944–1946), Xabarovsk (1946–1948), Novosibirsk (1948–1954) teatrlarında rejissor və bədii rəhbər olmuşdur. V. Kaçalov adına Böyük Dram Teatrında (Kazan, 1954–1959) və M. Qorki adına Dram Teatrında (Rostov, 1959–1964) baş rejissor işləmişdir. "Tüfəngli adam" (N. Poqodin), "Oyanmış torpaq" (M. Şoloxov), "Ölü canlar" (N. Qoqol), "Məhəbbət haqqında 104 səhifə" (E. Radzinski) və s. tamaşaların quruluşunu vermişdir. 1966-cı ildən Azərbaycan Opera və Balet Teatrında baş rejissor işləmiş, "Koroğlu" operasını tamaşaya qoymuşdur. 1969-cu ildən Azərbaycan Rus Dram Teatrının baş rejissoru olmuşdur; Ə. Behbudov burada "Altı iyul" (1970, M. Şatrov), "Kənar adam" (1972, M. Dvoretski), "Öz yolunla" (1973, R. İbrahimbəјov), "Sən yanmasan" (1974, N. Xəzri), "Ötən yay Çulimskdə" (1975, A. Vampilov), "Bir iflasın protokolu" (1976, A. Gelman) və s. əsərləri tamaşaya qoymuşdur. Qırmızı Əmək Bayrağı və "Şərəf nişanı" ordenləri, həmçinin, medallarla təltif edilmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.