From Wikipedia, the free encyclopedia
Ələkbər Adıgözəl oğlu Hüseynov və ya Ələkbər əmi (7 iyul 1961, Bakı – 2 avqust 2007[1], Bakı) — Azərbaycanın əməkdar artisti, Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru (2006), "Humay" və "Qızıl Dərviş" mükafatları laureatı. Uşaqların sevimlisi "Ələkbər əmi" kimi tanınan aktyor uzun müddət Dövlət Televiziyasında uşaq verilişlərinin aparıcısı olub.
Ələkbər Hüseynov | |
---|---|
Ələkbər Adıgözəl oğlu Hüseynov | |
Digər adı | Ələkbər əmi |
Doğum tarixi | 7 iyul 1961 |
Doğum yeri | |
Vəfat tarixi | 2 avqust 2007[1] (46 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Hepatit |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Həyat yoldaşı | Afaq Hüseynova[2] |
Fəaliyyəti | aktyor, televiziya aktyoru |
Fəaliyyət illəri | 1983–2007 |
Təhsili | |
Mükafatları |
Təbəssüm Ordeni |
IMDb | ID2928019 |
Ələkbər Hüseynov 1961-ci ildə Bakıda anadan olub. 1978–1982-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Bir müddət təyinatla Şəki Dövlət Dram Teatrında işlədikdən sonra, 1988-ci ildə A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında aktyor vəzifəsində çalışmağa başlayıb. Bu teatrın səhnəsində çox sayda tamaşada rol alıb. "Səadət quşu" və "Möcüzəli tamaşa" pyeslərini teatrın rus bölməsində tamaşaya hazırlayıb. "Keçəlin toyu" tamaşasındakı "keçəl" rolu ilə İstanbulda, "Bülbül" tamaşası ilə İranda, Türkmənistanda keçirilən beynəlxalq festivalların laureatı olub. Sənətdə qazandığı nailiyyətlərə görə "Humay" və "Qızıl Dərviş" mükafatlarına layıq görülüb. Beynəlxalq festivallarda iştirak edib. Polşanın "Təbəssüm Ordeni" mükafatını (2007) alıb. 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. 2006-cı ildə Dövlət Kukla Teatrının baş rejissoru vəzifəsinə təyin olunub.
2007-ci il iyulun 29-dan 30-na keçən gecə komaya düşüb.[3] Ələkbər Hüseynov 2 avqust 2007-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat edib.
Azərbaycan Dövlət Kukla Teatrı
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.