From Wikipedia, the free encyclopedia
Kasbah (ərəb. قصبة, Qasba; qala deməkdir) — Əlcəzairdə, Əlcəzair şəhəri və ətrafındakı ərazilərdə yerləşən qala divarları. 1992-ci ildəUNESCO Əlcəzair Kasbahını "türbə, köhnə məscidlər və Osmanlı üslublu sarayların qalıqları və ənənəvi qalıqları olan, cəmiyyətin dərin köklü bir hissi ilə əlaqəli şəhər quruluşu " kimi Ümumdünya irsi siyahısına daxil etdi.[1]
Ümumilikdə kasbah Şimali Afrikanın bir çox şəhər və qəsəbələrində qala divarı mənasını verir.[2]
Əlcəzair Kasbahı köhnə qədim Roma koloniyası olan İkosium şəhərinin dağıntıları üzərində qurulmuşdur. Bura təpədə qurulan, dənizə doğru enən, yuxarı və aşağı şəhər olmaqla iki yerə bölünən orta-ölçülü bir şəhər idi.
Fransız işğalı başlayan kimi, 1839-cu ildə Fransa qubernatoru Dar Hassan Paça buraya köçür. 1860-cı ildə III Napoleon şəhəri ziyarət edir.[3] Fransız işğalından əvvəl, kazbahda 13 Cümə məscidi, 109 məscid, 32 məqbərə və 12 zəviyyə, ümumilikdə 166 dini bina var idi. Lakin bu dini tikililərin əksəriyyəti işğal zamanı dağıdıldı. 1862-ci ildə yalnız 9 Cümə məscidi, 19 məscid, 15 məqbərə və 5 zəviyyə qalmışdı. Bir çox məscid hərbi kazarma və kilsələr kimi qeyri-islami məqsədli binalara çevrildi.[4]
Kasbah Əlcəzairin müstəqillik uğrunda mübarizəsi (1954-1962) zamanı mərkəzi rol oynamışdır. Bura Milli Qurtuluş Cəbhəsinin (FLN) üsyan planlamasının mərkəzi idi və o dövrdə Əlcəzairdə Fransa vətəndaşlarına və hüquq-mühafizə orqanlarına qarşı hücumları planlaşdırmaq və icra etmək üçün onlara təhlükəsiz bir sığınacaq vermişdi. Onların səylərinə qarşı çıxmaq üçün fransızlar xüsusi olaraq Kasbaha diqqət etməli idilər.
2008-ci ilin avqustunda Reuters agentliyi Kasbahın baxımsız vəziyyətdə olduğunu və bəzi bölgələrin dağılması riski ilə üzləşdiyini bildirdi.[5]
Ölkə çox əhalinin məskunlaşması, sakinlərin köçürülməsi üçün lazım olan səylər səbəbindən problemi həll etməkdə çətinlik çəkir. Təxmini hesablamalara görə burada yaşayan əhalinin sayı 40.000 ilə 70.000 nəfər arasındadır.[6] Hökumətin Kasbahın vəziyyətini yaxşılaşdırmaq istəməsinin bir səbəbi buranın cinayətkarlar və terroristlər üçün potensial iqamətgah olmasıdır. 1950-ci illərin sonlarında və vətəndaş müharibəsi və Fransız müstəmləkə hakimiyyətinə qarşı mübarizə zamanı ərazi Milli Qurtuluş Ordusunun (Əlcəzair) sığınacağı oldu.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.