Əfrasiyab (fars. افراسياب; avest. Fraŋrasyan) — Turanın mifik padşahı və qəhrəmanı. O, Firdovsinin qələmə aldığı "Şahnamə" dastanının əsas antaqonistidir.
Təsviri
İran şairi Firdovsinin "Şahnamə" əsərinə görə, Əfrasiyab Turan şahı və qəhrəmanı, İranın baş düşməni olmuşdur. İran mifologiyasında Əfrasiyab bütün Turan padşahlarının ən görkəmlisi hesab olunur. O, nəhəng döyüşçü, mahir sərkərdədir, İran sivilizasiyasını məhv etmək üçün sehrli aldatma gücünə malik Əhrimənin müttəfiqidir.[1]
İslam mənbələrinə görə, Əfrasiyab İran mifik padşahı Firidunun üç oğlundan biri olan Turun nəslindən idi.[2]
Hipotezlər
Ernst Hertzfeld hesab edirdi ki, Parsond adı etimoloji cəhətdən Əfrasiyab adı ilə eynidir.[3][4][5][6] Təbəri əsərlərində Eftalit şahı Axşunvar və ya Axşunvaz adı ilə törəmə Əfrasiyabdan bəhs edir.[7]
İstinadlar
Xarici keçidlər
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.